Qaşıqçını buna görə ÖLDÜRDÜLƏR: İsrailin ifşa etdiyi PLANIN DETALLARI

Qaşıqçını buna görə ÖLDÜRDÜLƏR: İsrailin ifşa etdiyi PLANIN DETALLARISəudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı Tvitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib. Bundan sonra isə Qaşıqçının təhdid prosesi başlayıb.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda Türkiyənin "Haber7" saytının yazarı Taha Dağlı bildirb.

Onun sözlərinə görə, jurnalistin yoxa çıxması ilə aparılan istintaqın İstanbul ayağında məlumat oxları şahzadəni göstərirdi. Yazar qeyd edir ki, böhranın ABŞ ayağındakı izləri də onu göstərir:

"ABŞ kəşfiyyatının hesabatı ilə başlayaq. Hesabatda Qaşıqçının aradan götürülməsinə görə məsuliyyətin Məhəmməd ibn Salmanın üzərinə düşdüyü iddia edilmişdi. Bu iddia artıq qətiləşib. Hesabata görə, Qaşıqçının başına nə gəlibsə, onda Məhəmməd ibn Salmanın barmağı var. Bu hesabat ABŞ prezidenti Donald Trampa təqdim edilib. Əldə edilən məlumatlar hadisədə Məhəmməd ibn Salmanın rolunu sübut etmək üçün kifayətdir".

Yazar qeyd edir ki, səudiyyəli jurnalistin Kanadada yaşayan dostu Ömər Əbdüləzizin sözləri də maraqlıdır. Əbdüləzizin sözlərinə görə, Qaşıqçı bir müddətdir Məhəmməd ibn Salmanın adamları tərəfindən təhdid edildiyini söyləyirdi. Jurnalist təhdidlərə aid səs qeydlərini işlədiyi "Vaşinqton Post" nəşri ilə paylaşıb.

"Təhdidləri edən isə şahzadənin mətbuat müşaviri Səudi əl-Kahtani idi. Təhdidlərin səbəbi vəliəhd şahzadəyə qarşı bir tvitter ordusu qurma planı idi. Qaşıqçı və Ömər Əbdüləziz arasında da sosial şəbəkə üzərində bu barədə yazışmalar olur. Bu yazışmalar Məhəmməd ibn Salmanın əlinə keçir", - Taha Dağlı qeyd edib.

Amma onun sözlərinə görə, Qaşıqçının tvitter üzərində hazırladığı plan barədə yazışmalar Səudi əl-Kahtani və İsrail tərəfindən ifşa edilib.

"Burada maraqlı olan tək şey Qaşıqçının vəliəhd şahzadəni bu qədər qəzəbləndirəcək nələri bildiyi, nələri planlaşdırdığı və danışmasıdır", - yazar yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2166   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel