Bakıda cibgir qızların paltarından gileyləndi: "Çox dar geyinirlər"
"Əvvəl daha rahat idi. İndi dar cins şalvarlar geyinirlər deyə cibgirlik etmək çətinləşib".
Keçmiş cibgirin bu etirafı indiki reallığı əks etdirsə də, hələ də barmaqları ilə dolanan şəxslər var. Daha çox ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə gözə dəyən bu dırnaqarası peşənin sahibləri bəzən siravi vətəndaşdan heç də fərqlənmirlər.
ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Şəmsəddin Əliyev - Sabiq Polis rəisi: "Bəzən o qədər səliqəli geyinirlər ki, adi insanlardan heç seçilmirlər. Yanında olan adam heç şübhələnmir. Həm də onlar bir yox, bir neçə nəfər olurlar".
İnsanların fikir dağınıqlığından istifadə edən cibgirlər daha çox əl çantaları və geyimlərin cibinə əl uzadır. Peşəkar cibgirlər istədikləri qəniməti elə ələ keçirir ki, sahibinin heç ruhu incimir.
Elmar Nurəliyev - Ekspert: "Vətəndaşlar öz əşyalarını, çantalarını və digər aksesuarları görünən vəziyyətdə saxlamamalıdırlar. Əşyaları özünüzə yaxın və möhkəm tutmaq lazımdır. Cibgir sizin üzərinizdən nəyisə oğurladısa, həmin dəqiqə reaksiya vermək də olmaz. Çünki onların üzərində kəsici, deşici alətlər ola bilər və sizə zərər yetirə bilərlər".
Şəmsəddin Əliyev - Sabiq Polis rəisi: "Bəzən avtobus sürücüləri onları tanıyır. İşlərini görən kimi tez avtobusdan düşməyə çalışırlar".
Son illər cibgirlik cinayətlərinin sayında xeyli azalma var. Şəhərin küçələrində, ictimai yerlərdə kamera müşahidə aparatlarının quraşdırılması cibgirlərin baş ağrısına çevrilib.
Kamran İsgəndərli - Daşıyıcı şirkətin rəsmisi: "Bizə müraciət olunduqda, biz həmin vətəndaşı polis orqanına yönləndiririk. Polisdən daxil olan məlumatdan sonra biz həmin görüntüləri təqdim edirik".
Cibgirlərin hədəfi olmamaq üçün, ən yaxşı qorunma diqqətdir. Özünüzdən və əşyalarından muğayat olun...
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 1678 Tarix: 19 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub
Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili
21 aprelAzərbaycanda ZƏLZƏLƏ OLDU
Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib
20 aprelGəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb. Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alara
21 aprelTaleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10
20 aprelLaçında usta bədbəxt hadisə nəticəsində ölüb
Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə
19 aprelSuriyada neft boru kəmərində yanğın olub, ölən var
Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi
21 aprelƏhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?
Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ
21 aprel