Səhiyyə Nazirliyində yeyinti aşkarlandı

Səhiyyə Nazirliyində yeyinti aşkarlandıSəhiyyə Nazirliyi "Dövlət satınalmaları haqqında" qanunun tələblərini yerinə yetirməyib.

Sonxeber.az xəbər verir ki, bu barədə dövlət büdcəsinin dövlət əsasli vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatası tərəfindən həyata keçriilən auditin nəticələrinə istinadən xəbər verir.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstəriləməklə verilən razılığa istinad edilərək "Təkliflər sorğusu" və ya "Bir mənbədən satınalma" metodu tətbiq edilməklə 5 obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37 994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Satınalma proseduru keçirilmədən 14.04.2017-ci il tarixdə 1 halda 2 906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.

"Dövlət satınalmaları haqqında" qanunun 9-cü maddəsinin tələbinə əsasən satınalan təşkilatla malgöndərənlərin bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar yazılı formada təqdim olunmalı olduğu halda, auditlə əhatə edilən dövrdə Nazirliyin tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusunun iddiaçılara yazılı formada verilməsi və iddiaçılar tərəfindən daxil olan qiymət təklifləri müvafiq qaydada qeydiyyatdan keçirilməyib həmçinin qanunun 5-ci maddəsinin tələbinə əsasən bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməli olduğu halda, 2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.

Səhiyyə Nazirliyi üzrə 01.01.2018-ci il tarixə 24 obyekt üzrə tikintisi başa çatmamış işlərin dəyəri 121 547,6 min manat təşkil edib, 2016-2017-ci illər üzrə dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından daxil olan vəsaitlərin istifadəsi barədə bir sıra dövlət təşkilatlarına, o cümlədən İqtisadiyyat Nazirliyinə, Statistika Komitəsinə hesabat təqdim edilsə də bu məlumatlarda bəzi uyğunsuzluqlara yol verilib.

Əsaslı vəsait qoyuluşuna 2016-cı ildə 83 463,4 min manat vəsait istifadə olunsa da İqtisadiyyat Nazirliyinə təqdim olunan illik hesabatda 83 217,4 min manat, 246 min manat vəsaitin az istifadə olunması göstərilmiş, bu uyğunsuzluq Dövlət Statistika Komitəsinə təqdim olunan hesabatda da öz əksini tapıb.

Auditin nəticəsi Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunub, qərarın surəti Səhiyyə Nazirliyinə göndərilib, nəzarət tədbirinin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1397   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Nazim Bəydəmirlinin həbs müddəti yenidən uzadıldı

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması tələbi ilə məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatın

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart