"Ermənilərin Qarabağda çəkdiyi yollardan onsuz da biz istifadə edəcəyik" — Bayram Səfərovdan AÇIQLAMALAR

"Ermənilərin Qarabağda çəkdiyi yollardan onsuz da biz istifadə edəcəyik" — Bayram Səfərovdan AÇIQLAMALARŞuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılan müxtəlif quruculuq və infrastruktur işlərindən danışıb.
B.Səfərov "Ölkə.Az"a açıqlamasında bildirib ki, işğal altında olan torpaqlarda ermənilər tərəfindən yaradılan infrastruktur Azərbaycan dövlətinə qalacaq:

"Allah qoysa, o yollar özümüzə qismət olacaq. Çünki vaxtında biz çox yolları tikib abadlaşdırmışdıq. Sonradan həmin yerlər ermənilər tərəfindən viran qoyulub. İndi ermənilərin Qarabağda yol çəkməsində pis bir şey yoxdur. Çəkirlərsə, qoy çəksinlər. Bununla nə olacaq? Onsuz da həmin yollardan biz istifadə edəcəyik. Orada kim yaşayırsa, yolu da çəkməlidir. İnşallah torpaqlarımız işğaldan azad olar, biz də gedib istifadə edərik".

İcma rəhbəri deyib ki, indi nə Ermənistanın, nə də Qarabağdakı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində yol çəkməyə pulları yoxdur:
"Sadəcə olaraq, ermənilərə qrant yardımları verilir, onlar da həmin vəsaitlə yol çəkirlər. İndi ermənilər o pulları necə mənimsəsinlər? Ermənilər pul aldıqları yerlərə foto çəkdirib hesabat vermək üçün bu cür addımları atırlar.

Ermənilərin bu cür addımları qətiyyən Azərbaycan xalqında ruh düşkünlüyü yarada bilməz. Çünki indiki güclü Azərbaycan möhtərəm Prezidentimizin sayəsində daha da inkişaf edir, dünyada böyük nüfuz sahibinə çevrilib. Bu yaxınlarda Almaniyada Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın ərazisi kimi tanınıb. Bütün bunlara nail olmaq asan iş deyil. Bunların hamısı Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində mümkün olur. Bu gün dünyanın hər bir yerində Azərbaycan tanıdılır. Təsadüfi deyil ki, indi dünyanın əksər ölkələrində Azərbaycan xalqının yüksək mədəniyyəti və qonaqpərvərliyindən, ölkəmizin tarixindən danışılır. Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində bizə hörmətlər olunur. Bizi tanıyıb, sayırlar. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərləri sürətlə inkişaf edir, ölkəmiz neft asılılığından qurtarmaq üzrədir. Ölkəmizdə kənd təsərrüfatı, turizm və digər qeyri-neft sektoru sahələri inkişaf etdirilir. İnsanlarımızın sosial rifahı gün-gündən yüksəlir, dövlətin öz vətəndaşlarına qayğısı hər kəs tərəfindən bilinir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1686   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021