Bu "zərərli ərzaq"ların faydaları – YENİLİK

Bu "zərərli ərzaq"ların faydaları – YENİLİKDiyetoloqlar bütün ərzaq məhsullarını iki böyük qrupa bölürlər: zərərli ərzaqlar və faydalı ərzaqlar.

Amma problem ondadır ki, biz, öz rasionumuzu onların tələblərinə uyğunlaşdırana qədər, diyetoloqlar "oyun qaydaları"ı dəyişirlər və təxminən, 5 il əvvəl gen-bol anti-reklama məruz qoyduqlarını, bu gün rasiona daxil etməyi məsləhət görürlər. Belədə, biz biçarələr nə edək? Fikirləşək, başqa nə edə bilərik ki? Ancaq gerçək elmdən qaynaqlanan faktlara və öz sövqi-təbiimizə əsaslanaraq fikirləşək…

İlk zərərli ərzaq – yumurta!

Yumurta uzun müddət açıq-aşkar zərərli ərzaq – xolesterinin mənbəyi hesab olunub. Xolesterin isə damarları daraldır və təcrübəli diversant kimi, ürək-damar sisteminə qarşı işləyir. Amma indi zaman dəyişib – alimlər müəyyən ediblər ki, xolesterin həm yaxşı, həm də pis olarmış.

Pis xolesterin damarları çirkləndirir, yaxşısı isə təmizləyir! Bu, xolesterinin funksiyaları üçün ən primitiv formullama hesab oluna bilər. Ancaq bu "əkizlər"in işinin əsas prinsipini az-çox anlamaq üçün alimlər uzun illər əmək sərf edirlər. Bu, bizə lazımdırmı? Yox! O zaman gəlin bu formuldan faydalanaq: yaxşı xolesterin infarkt və insultdan qoruyur, pis xolesterin – insanı onlara yaxınlaşdırır. İndi isə yenidən yumurta mövzusuna qayıdaq.

Sən demə, yumurta yaxşı xolesterinin ən fəal və nizamlı mənbələrindən biridir. Üstəlik də asan həzm olunan yağların və nutriyentlərin belə yüngül sırasının mənbəyi imiş: sink, zülal, A, B, D vitaminləri, kalsium, dəmir, fosfor və s.

Deməli, faydalı ərzaqa – yumurtaya eşq olsun? Amma o yumurtaya yox ki, toyuqlar quş fabriklərinin dözülməz şəraitində yumurtlayırlar. Belə yumurtalarda toyuq yeminin tərkibindəki boy hormonu və "cəhənnəm həyatı"nın (broyler həyatı) doğurduğu stress hormonu bütün faydalı mikroelementlərin toplam miqdarından çox olur. Qısası, ev yumurtasından faydalanmaq lazımdır…

İkinci zərərli ərzaq – kartof…

Kartof – tərkibində kraxmalın yüksək miqdarda olması səbəbilə, zərərli ərzaq kimi tanınıb. Biokimya nöqteyi-nəzərincə, kraxmal müəyyən şərait daxilində elə həmincə şəkərdir. Şəkər isə məlum olduğu kimi, sadəcə bir neçə həkim kabinetinə "göndəriş"dir: artıq çəki ilə diyetoloq kabinetinə, ürəkdən şikayətlərlə kardioloq kabinetinə, şəkərli diabet ehtimalı ilə endokrinoloq kabinetinə. Bu, hamı üçün istisnasızdır.

Ancaq insan orqanizminin genetik-şərtlənən zəif hissələri var ki, şəkərdən və ya zərərli ərzaq olan kartofdan ifrat istifadə edildiyi təqdirdə, sadəcə, "qırılır".

Bəs, belədə, nə üçün alimlər kartofa yönəlik öz "qəzəb"ini "mehribanlıq"la əvəz edirlər? Sən demə, cavan (sütül) kartof "faydalı ərzaq" kateqoriyasına düşmək üçün bütün hüquqlara malik imiş! Onun tərkibində kalium kraxmaldan xeyli çox olur. Kartof nə qədər xırda olarsa, onun keyfiyyəti cücərmiş buğda keyfiyyətinə bir o qədər yaxın olur: ən xırda kartof dənələrində elə cücərmiş buğdanın tərkibindəki həmin "həyat qüvvəsi" ehtiyatı olur. Ona görə də xırda sütül kartof dənələrini təmizləməkdə tənbəllik etməyin…

Şokolad – zərərli ərzaq deyil

Şokoladın faydalılığı barədə qadınları inandırmağa ehtiyac yoxdur. Onlar heç bir molekulyar tədqiqat olmadan da, öz təcrübələrinə əsasən bilirlər: ağlamağın gəlir? – bir parça qara şokolad yeyərsən, hamısı ötüb keçər. Ona görə də keçmiş "zərərli ərzağ"ı çıxdaş etməyək və onu "faydalı" edən tərkib inqrediyentlərini sadalayaq:

– Teobromin – stress vəziyyətində sakitləşdirir, orqanizmə müntəzəm olaraq düşərkən, ümumilikdə, əsəb sistemini müalicə edir.

– Antioksidantlar – dərinin vaxtından əvvəl qocalmasına qarşı işləyir.

– Serotonin və dofamin hormonları həyatda sevinc hormonlarıdır. Onlar ətraf mühitin gözəllik effektini artırır və beyinin iş qabiliyyətini yüksəldir.

– Karbohidratlar – bəli, karbohidratlar! Güclü aclıq halında nahardan qabaq bir parça qara şokolad yeyilərkən, iştah azalar və çox yeməkdən çəkinərsən.
Təkcə buna görə, qara şokoladı "faydalı ərzaqlar" sırasına aid etməyə dəyər…

Yağlı süd, şor və smetan – zərərli ərzaqlardır?

Diyetoloqlar artan həyəcanla, öz fiqurunun gözəl olmasına iddia edən insanları xəbərdar edirlər – yağlar insan orqanizmi üçün lazımdır! Həm də onları natural ərzaqlardan almaq hamısından yaxşıdır. Nədən ki, qida məhsullarındakı təbii birləşmələr insan üçün də təbii ehtiyacdır və onlardan ağıllı istifadə olunması zərər gətirməz.

Yağsızlaşdırılmış şor, smetan və südü zərərli ərzaqlar sırasına aid etmək olar. Nədən ki, yağsızlaşdırma bu məhsulları "yayılmış" hala (konsistensiyaya) gətirir və müəyyən formaya salmaq üçün istehsalçıar onların tərkibinə kraxmal əlavə edirlər. Kraxmal isə (həm də əksər hallarda təbii yox, sintetik kraxmal) təbii yağlardan qat-qat zərərlidir.

Nəticə

Diyetoloqların köhnə dəbli tövsiyələrini qəbul etməzdən əvvəl, onları təbii qanunlarla yoxlayın. Tamamilə mümkündür ki, sizin məntiqi düşüncə qəbiliyyətiniz bəs edər ki, bütöv bir institutun xeyli şübhəli "kəşfi"ni rədd edəsiniz. Axı, "elmi araşdırma" həm də "sifarişli" və istehsalçı(lar) tərəfindən haqqı ödənilən ola bilir…(yenicag.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1458   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021