Sabiq idarə müdiri polis bölməsinə aparılarkən yolda ölüb - FOTO

Sabiq idarə müdiri polis bölməsinə aparılarkən yolda ölüb - FOTOKürdəmir İşıq İdarəsinin keçmiş müdiri İbişov Elşən Yengibar oğlu polis bölməsinə aparılarkən qəfil ürəktutmasından keçinib.

Bu barədə Qaynarinfo-ya mərhumun bacısı İbişova Könül Yengibar qızı məlumat verib. O, iddia edir ki, qardaşı 18.09.2018 ci il tarixdə Kürdəmir rayon Polis İdarəsinə aparılarkən, polis əməkdaşının zorakılıq tətbiq etməsi səbəbindən dünyasını dəyişib:

"Sentyabrın 18-i səhər saat 10 radələrində qardaşım evdən çıxaraq Kürdəmirin mərkəzinə gedib. Burada o, bir neçə gündür həyətində fəhlə işləyən Səfalı Eldəniz adlı şəxsə işə niyə gəlmədiyini irad tutaraq, ərkyana sillə vurub. Bunu görən PPX əməkdaşı qardaşıma vətəndaşı vurduğu üçün irad tutub və onlarla birgə polis bölməsinə gəlməli olduqlarını bildirib. Qardaşım da öz avtomobili ilə gələcəyini deyib, lakin polisin təkidindən sonra mübahisə düşüb və qardaşımı orada döyərək, zorla polis avtomobilinə basıblar. Qardaşım rayonun sayılıb-seçilən şəxslərindən idi, bir müddət də Kürdəmir İşıq idarəsinin müdiri vəzifəsində çalışıb.

Eldəniz, "Bu, mənim əmimdir, polislik məsələ yoxdur" desə də, polis əməkdaşları buna məhəl qoymayıblar.

Qardaşım polis avtomobilində də zorakılığa məruz qalıb. Belə ki, Aqşin adlı polis əməkdaşı onun başını oturacağın altına basıb. Bu zaman qardaşımın nəfəsi kəsildiyi üçün polis idarəsinə çatana qədər keçinib".

Könül İbişova həmçinin bildirib ki, hazırda bununla bağlı Kürdəmir rayon Prokurorluğu araşdırma aparır. Lakin polis idarəsi həmin günə dair kamera görüntülərini prokurorluğa təqdim etməkdən imtina edir. O, hətta qardaşıma zorakılıq tətbiq edən Aqşin adlı polis əməkdaşının daha öncə 2 dəfə vəzifəsindən uzaqlaşdırıldığını, hətta bu hərəkətinə görə bir dəfə də bıçaqlandığını qeyd edib.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında Elşən İbişova qarşı heç bir zorakılığın tətbiq olunmadığını və mərhumun bacısının səsləndirdiyi iddiaların qanunən də öz təsdiqini tapmadığını bildirib:

"Həqiqətən həmin gün işıq idarəsində nəzarətçi işləyən Elşən İbişovun şəhərdə Eldəniz adlı bir nəfərlə mübahisəsi düşüb və İbişov Elşən həmin adamı mübahisə zəminində döyüb. Döyülən şəxs də hadisədən dərhal sonra özünü ərazidə olan post patrul xidmətinə yetirib və E.İbişovun onu döydüyünü bildirib.
Polis əməkdaşı da öz xidməti vəzifəsini yerinə yetirərərk, məsələni araşdırmaq üçün hər iki şəxsi polis bölməsinə aparıb. Polis bölməsinə çatanda isə ağsaqqal kişinin halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da E.İbişovun həyatın xilas etmək mümkün olmayıb. Məhkəmə Tibbi Ekspertizasının rəyində də göstərilib ki, o, qəfil ürəktutmasından dünyasını dəyişib. Məsələ ilə əlaqədar DİN-in aidiyyatı idarəsi və rayon prokurorluğu tərəfindən də araşdırma aparılıb və mərhumun işgəncə nəticəsində öldüyü ilə bağlı iddialar öz təsdiqini tapmayıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2333   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021