Azərbaycan üçün GMO təhlükəsi - Niyə qanun yoxdur?

Azərbaycan üçün GMO təhlükəsi - Niyə qanun yoxdur?Azərbaycanda geni dəyişdirilmiş məhsullarla (GMO) bağlı ayrıca qanuna ehtiyac var. Düzdür, geni dəyişdirilmiş məhsulların zərərlərinin, təhlükələrinin önlənməsi üçün addımlar atılır, müvafiq qanunlarımızda - yeyinti məhsulları, taxılçılıq, seleksiya nailiyyətləri, toxumçuluq, üzümçülük və şərabçılıq haqqında və sair qanunlarımıza dəyişikliklər olunur, amma hesab edirəm ki, bunlar yetərli, kifayət deyil.

Bu məsələni hüquqi və daha effektiv şəkildə tənzimləmək üçün yeni və ayrıca mükəmməl qanuna ehtiyac duyulur.

Bunu Oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin üzvü Hüseynbala Mirələmov deyib.

Millət vəkili hesab edir ki, bu, ciddi və taleyüklü məsələ olduğu üçün qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılaraq, qəbulunun sürənləndirilməsi, tezləşdirilməsi lazımdır:

"Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Eləcə də, digər həmkarlarım bu haqda fikirlərini, narahatlıqlarını bildiriblər və onlar anlayışla qarşılanıb.

Məsələn, bu yaxınlarda Milli Məclisdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı beynəlxalq konfransda, önəmli xarici qonaqların qatıldığı tədbirdə də müraciət, çağırış etdim ki, dünyanın nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin müvafiq qurumları geni dəyişdirilmiş məhsulların istehsalına və istehlakına son qoyulması istiqamətində ciddi addım atsınlar.

Çünki bunlar insan sağlımlığı, genefondun təhlükəsizliyi üçün ciddi və təhlükəli problemlərdəndir. Onu da bildirdim ki, GMO-nun qarşısının alınması istiqamətində dünya miqyasında parlamentlər səviyyəsində daha sərt qanunlar qəbul olunmalıdır.

Qeyd edim ki, hələ bir neçə il öncə bazardan həmin GMO-dan, yəni, alma məhsulu almışdım. İnandırıram sizi, bir dəfə təsadüfdən şkafı açıb baxanda gördüm ki, üç il əvvəl aldığım alma xarab olmayıb, çürüməyib. Özüm gördüyüm mənzərədən dəhşətə gəldim. Üç il şkafda, havasız yerdə qala və çürüməyə. Deməli, bu, elə-belə məsələ deyil.

Bu, çox böyük təhlükədir. Gələcəyimiz, genefondumuz üçün böyük bəladır. Bizə belə məhsullar lazım deyil, biz bunları istəmirik. Ona görə bu istiqamətdə ciddi, kəsərli adımlar atılmalıdır və bunun üçün sərt bir qanun olmalıdır".

Millət vəkili Azər Badamov belə hesab edir ki, GMO haqqında ayrıca qanun olmalıdır:

"Bunu bizdən dövr, reallıqlar, qarşılaşdığımız hadisələr tələb edir. Belə biri qanunun qəbulu mütləq və zəruridir.

Bu gün ölkələri, cəmiyyətləri, insanları heç də müharibələr yolu ilə məhv etmirlər, həm də bu cür "eksperimentlərlə", bu cür məhsullarla çökürdürlər. Təəssüflər olsun ki, dünyada bu cür idarəolunan mərkəzlər var və bəzi güclər öz niyyətlərinə çatmaq üçün həm də bu yolu seçirlər. Ona görə də çox diqqətli və həssas olmaq lazımdır.

Şükür Allaha ki, ölkəmiz ekoloji cəhətdən təmiz olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün hər cür çoğrafi üstünlüklərə malikdir. Torpağımız elə bərəkətlidir ki, hətta daşın üzərinə su və toxum töksən, o da cücərəcək, məhsul verəcək. Bu baxımdan, hesab edirəm ki, ilk növbədə öz təbii məhsullarımızın becərilməsinə, istehsalına ciddi diqqət yetirilməlidir, hansı ki, bu istiqamətdə mühüm addımlar atılır.

Dövlətimizin, ölkə başçımızın bu məsələdə iradəsi, atılan addımlar ortadadır. Yəni, bu istiqamətdə işlər daha da sürətləndirilməli, özümüzü tam şəkildə ekoloji cəhətdən təmiz olan yerli məhsullarla təmin etməliyik. Eyni zamanda, GMO-ların zərərli təsirlərinin, onların ölkəyə gətirilməsinin önlənməsi və bu yöndə ortaya çıxa biləcək hüquqi məsələləri tənzimləmək üçün müstəqil qanun olmalıdır. İnanıram ki, yaxın gələcəkdə belə bir qanun da olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Biləsuvarda qadın yaylığı ilə özünü asdı

Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır

20 aprel
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel