Arvadını vəhşicəsinə döyən ərin sonu necə oldu?

Arvadını vəhşicəsinə döyən ərin sonu necə oldu?Tələbə vaxtlarım idi. Yaman dalaşqan, özündən tez çıxan xarakterim vardı. Ağlı bir kənara qoyub güc işlətməyi, həyatla təpikləşməyi sevirdim. Universitetdən evə gələndə qonşudakı qışqır-bağır səsini dinşədim. Sonra qeyri-ixtiyari yarıaçıq darvazadan içəri girdim. Mənim kimi kirayədə yaşayan, özü də bu məhəlləyə təzə köçən ailənin kişisi çəlimsiz arvadını döyürdü. Şığıdım üstünə, qadını əlindən alıb kənara çəkdim. Açığı, kişini ilk dəfəydi görürdüm. 40 yaşı olardı. Enli kürəyi, qabarlı əlləri, iri alnı vardı. Əvvəlcə onun "işinə" qarışmamağımı istədi, sonra başını qaşıya-qaşıya icazəsiz həyətlərinə girdiyimə görə səsini qaldırdı. Qadın evə girmişdi. Kişiylə mübahisəmiz kəskinləşdi, onu itələdim. Yıxıldı. Ayağa duran kimi bir də itələdim. Yenə yıxıldı. Hər itələdikcə fikrimdə onun nisbi gücünü hesablayırdım. 2-3 saniyədə belə qənaətə gəldim ki, bu yarıtmazın gücü ancaq sısqa arvadını şapalaqlamağa və bir qədər də cürətlənsə stol-stulu qırıb-dağıtmağa çatar. Mənimlə bacarmaz. Bu əminliyimə görə bir az da ürəkləndim. Qalxar-qalxmaz bir də itələdim. Bu dəfə gec qalxdı. Qışqırdı ki, rədd ol mənim xarabamdan. Barmağımı havada yellədim ki, gözlərim üstündədir ha. Dinmədi. Ara sakitləşdi.

Sonralar həmin evdə dava-şava olmadı. Bəlkə də mən görmədim. Amma həmin kişinin gözünü yaman qırmışdım. Məni görən kimi yolunu dəyişirdi. Özümü tanımadığım qadının qoruyucusu, mühafizəçisi, "hüquq müdafiəçisi" kimi apardığıma görə sevinirdim. Bəli, hərdən şiddəti şiddətlə dayandırmaqda da fayda var. Xüsusən, cansız, gücsüz, təhsilsiz qadınları qorumaq adına gücə əl atmalı olursan. Təhsil demişkən, 50 addımdan qadının təhsilsiz olduğu bilinirdi. Onun döyülməyinə görə susmağı (əslində, qışqırıb fəryad edirdi, mən başqa susmaqdan danışıram) qorxması, savadsızlığı, haqqını-hüqununu bilməməsiylə pərdələnmişdi. Nə vaxt bu məşum pərdəni qaldırırdısa, ərinin yumruğu alırdı başının üstünü.

Cəmiyyətimizdə, kif basmış mühitimizdə "ərdöyməsi" adlı diaqnoz getdikcə artır. Hələ açıb-ağardılan şikayətlər bu qədərdir, gizli qalanların, qonum-qonşunun dedi-qodusundan kənara yansımayanların sayı daha artıqdır. Bu cür kişilərin özlərinə haqq qazandırmaq məqsədilə danışdıqları psixoloji bəhanə adətən gərgin iş rejimi və yorğunluqla bağlıdır. Yəni, işim gərgin, maaşım az, müdirim deyingəndir. Bu amansız basqı mənim kişi heysiyyatımı qıcıqlandırır, quduzlaşdırır. Evə gəlib adi bir səhvin üstündə cumuram arvadıma. İş və sosial qayğılarımı unudanadək çırpıram onu. Sonra peşmançılıq çuğlayır bədənimi. Üzr istəməyə qürurum, könlünü almağa cibim əl vermir. Bəli, cibim! Cibim dolu olsa, başıboş, hədiyyəyə, naz-nemətə aldanan xanımımın başını qata bilərəm. Döyərəm, hədiyyəylə kiridərəm. Yenə döyərəm, yenə kiridərəm.

Şiddətsevər kişilərə olan münasibət isə cəmiyyət müstəvisində aşağı-yuxarı belədir: kişidir də, istəsə, arvadını döyər də, söyər də. Qınayanlar da var, amma necə? Əlin qurusun, bir az yavaş vurardın gərək. Söy, amma dədə-ana söyüşü olmaz. Belə çıxır ki, döyə də bilərsən, söyə də, bəzi xırda detallara əməl etmək şərtilə.

Özünə dəyən hər ər yumruğunun mənəvi zərbəsi qadını daha çox xəstə salır, daha tez qocaldır. Sındırır. Dədə-babadan irsiyyət kimi keçən döyülməyə biganəlik məsələsi qadının gözünü, ağlını, ürəyini, hər yerini zədələyir. Oxumaq istəyəndə, öyrənməyə həvəslənəndə, baxış tərzini dəyişəndə düyünlü ər yumruğu gəlir gözlərinin önünə. Həvəs də, inam da öləziyir. Bundan yararlanan fürsətcil kişi ömrü boyu döyəclədiyi qadınını elə bir qəlib halına salır ki, burada etiraz etmək, intellektual müqavimət mümkünsüzdür. Qəti olmaz.

Cəmiyyətdəki bütün şiddətsevər kişiləri cəzalandırmağa nə gücüm, nə də ömrüm yetməz. Çox təəssüflüdür. Onlara heç mərhəmət də arzulamıram. Çünki bu iş arzuyla-xahişlə düzələsi deyil. Bilavasitə qadın ağlıyla, qüruruyla, tapdalanmamaq ehtirasıyla, döyülməyə nifrətiylə bağlıdır. Həm də hüquqularından bərk-bərk yapışmaq, buraxmamaq! Qorxsanız, əzilə-əzilə öləcəksiniz. Sayğılar.

Orxan İsmayıl/milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3530   Tarix: 21 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Axtarışda olan şəxslər tutuldular

Aprelin 10-da ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən  -a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

11 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel
.

Azərbaycanda ötən gün 14 kq narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 14 kq narkotik aşkarlayıblar. Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 10-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə, 22 ədəd çətənə kolu, həmçini

11 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel