Marşrut avtobusları piyadaları vurdu: ölənlər var

Marşrut avtobusları piyadaları vurdu: ölənlər varBakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi "Daewoo" markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daha bir anoloji hadisə isə Sumqayıt şəhərinin Babək küçəsində qeydə alınıb. Oktyabrın 19-da saat 7 radələrində Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi "Hyundai" markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 6418   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR