Dayanacaqlarda problemlər var - RƏSMİ
Bakının bəzi küçələrində sərnişinlərin istifadəsi üçün dayanacaqlar yerləşdirilsə də, həmin ərazidən keçən marşrut xətti yoxdur. Zamanla marşrut xətlərinin istiqamətinin dəyişdirilməsi, qısaldılması bu dayanacaqları lazımsız edib. Vətəndaşlar isə həmin dayanacaqların, dayanacaq əvəzinə nişan qoyulan yerlərdə, marşrut xətlərinin hərəkətdə olduğu hissələrdə quraşdırılmasının tərəfdarıdır.
İstifadəsiz dayanacaqların taleyi ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu istiqamətdə işlər görüldüyünü diqqətə çatdırıb:
"Bəzi küçələrdə əvvəllər müntəzəm marşrut xətti fəaliyyət göstərib. Lakin indi həmin yollardan avtobus keçmir və nəticədə dayanacaqların bir neçəsi istifadəsiz qalıb. Bu hal marşrut xətləri ilə bağlı edilən dəyişikliklər zamanı yaranıb. Xatırlatmaq istəyirəm ki, BNA avtobus dayanacaqlarını Bakı Şəhər İcra Hakimiyyətindən yeni təhvil alıb. Sözügedən sahədə bəzi uyğunsuzluqların və çatışmazlıqların olduğunu bilirik. Bu istiqamətdə fəaliyyət planımıza uyğun işlər görülür.
Həmçinin, hazırda marşrut xətlərinin optimallaşdırılması ilə bağlı da tədbirlərimiz var. Bu çərçivədə ola bilər, hər hansı marşrut xətti uzadılsın və ya yenisi təşkil edilsin. Nəticədə, istifadəsiz qalan dayanacaqlar yenidən təşkili üçün də şərait yaranacaq".
Mais Ağayev son zamanlar vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən birinə - dayanacaqlarda quraşdırılmış monitorların işləməməsinə də aydınlıq gətirib:
"Sözügedən monitorların bərpası, standartlara uyğun istifadəyə hazırlanması istiqamətində də işlər görülür".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 951 Tarix: 20 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Xəzər TV"nin məşhur verilişi bağlanacaq
Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını
19 aprelParlament seçkiləri nə vaxt keçiriləcək?
"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna
19 aprelÇoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF
Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri
19 aprelSabah 30 dərəcə isti olacaq
Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü
19 aprelAzərbaycanda sayt rəhbəri həbs olundu
"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On
19 aprelXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprel