Əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən şəxs haqda — YENİ MƏLUMATLAR

Əmisinin gəlinini qaçırdığı üçün döyülərək öldürülən şəxs haqda — YENİ MƏLUMATLAR"Aynurla Elşad arasında hansısa münasibətin olmağına dair heç bir məlumatımız olmayıb. Kənd camaatı da onların münasibətdə olmasından şübhələnməyiblər".

Sonxeber.az bildirir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Quba rayon Tükəkaran icra nümayəndəliyinin sədri Elxan Məmmədhüseynov səsləndirib. İcra nümayəndəsi bildirib ki, sözügedən şəxslərin hər ikisi rayonun Tülər kəndindəndirlər:

"Əsədova Aynur Sadıq qızı 1993-cü il, Əsədov Elşad Yaqut oğlu 1992-ci il təvəllüdlüdür. Gəlinin həyat yoldaşı Əsədov Şahmar Nəbi oğlu 1986-ci il təvəllüdlüdür. Əsədov Elşad Qubada yaşamırdı, Bakıda kafelərdə çalışırdı. Gəlinin yoldaşı isə təsərrüfatla məşğuldur. Aynurun Şahmarla nikahından iki övladı var. Elşad Əsədov isə evli olmayıb, subay idi. Heç vaxt bu iki şəxs arasında hansısa münasibət hiss etməmişik. Aynurun harda olduğu bilinmir, yoldaşı isə kənddədir".

Qeyd edək ki, "Report"un yaydığı xəbərdə bildirilir ki, Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər.

Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2924   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021