İlham Əliyevin tapşırığının icrasına başlanıldı - "Fatimeyi Zəhra" məscidini hasara aldılar - FOTO

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - "Fatimeyi Zəhra" məscidini hasara aldılar - FOTOTikintisi yarımçıq qalmış "Fatimeyi Zəhra" məscidi Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən inşa olunur.

Modern.az xəbər verir ki, podratçı şirkət artıq ərazidə ilkin işlərə başlayıb, məscidin əhatəsi hasara alınıb.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri Şeyxülislam Allahşükür Paşazadə bu ilin sentyabr ayında məscidin ölkə başçısının şəxsi hesabına tikiləcəyi anonsunu vermişdi:

"Prezident İlham Əliyev Fatimeyi Zəhra məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir. Məhərrəm ayından sonra prosesə başlanılacaq".

Gedişat göstərir ki, artıq tikinti işləri üçün hazırlıqlara start verilib.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti hələ 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini istəyib. Dini icma isə qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

Yalnız ölkə Prezidenti İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1646   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel