Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO - FOTO

Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO - FOTOİspaniyanın şimal-qərbindəki Leon vilayətindən 1550 qoyun və 80 keçi İspaniyanın paytaxtı Madrid küçələrindən keçirilib.

Onları süvari çobanlar və çoban itləri müşayiət edirdilər.

Sonxeber.az illi.az-a istinadən bildirir ki, ispan çobanlar 1994-cü ildən belə "qoyun paradı" keçirərək sürüləri qədim marşrutlarla qışlağa aparmaq hüquqlarını müdafiə edirlər.

Qoyun sürülərini İspaniyanın cənubundakı otlaqlara aparmaq üçün çobanlar 15-ci əsrdən bəri Madrid şəhərinin meriyasına simvolik məbləğ ödəyirlər.

Bu məbləğ Madridin mərkəzi meydanından keçən hər 1000 qoyun üçün 50 maravediyə (orta əsrlərdəki pul vahidi, - red.) bərabərdir.

Madrid meri Manuela Karmena da qatıldığı aksiyanı naxırların və sürülərin yaylaqdan qışlağa aparılması ənənəsi olan Almaniya, Fransa, Macarıstan, İsveç, Argentina və Yeni Zelandiyanın səfirləri də seyr ediblər.

Sosial   Baxılıb: 1717   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR