Məktəblərdə yeni fənn: Cinsi tərbiyə... – Ekspert rəyləri

Məktəblərdə yeni fənn: Cinsi tərbiyə... – Ekspert rəyləriOrta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacaq. Kitabın yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim edildiyi bildirilir.

Bəs cinsi tərbiyə dərsliyinin uşaqlara nə faydası olacaq, belə dərsliyə ehtiyac varmı?

Teleqraf.com-a bu barədə açıqlama verən təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, dərsliyin necə adlanacağını deyə bilməz, ancaq vaxtilə məktəblərdə "Etika"adlı fənn keçilib: "Dərs vəsaitində etika çərçivəsində cinsi tərbiyə ilə bağlı mövzular da yer alırdı. Yuxarı siniflərdə, xüsusən 10-11-ci sinif şagirdləri üçün bu dərslər aparılmalıdır. Onların ümumi həyata, müstəqil ailə mühitinə hazırlanmasında bu, çox vacib rol oynaya bilər. Nəinki orta məktəblərdə, hətta universitetlərdə də belə fənn olmalıdır.

Embrional fiziologiya deyilən, yəni uşağın ana bətnində tərbiyəsini nəzərdə tutan elm sahəsi var. Çox vacib məsələdir, bizdə təəssüf ki, bu istiqamətdə heç bir iş görülmür. Cinslər arası münasibət, gender problemi, ana bətnində uşağın tərbiyəsi məsələsi ilə bağlı yanaşmalar müxtəlifdir.

Düşünürəm ki, bununla bağlı orta məktəb və pedaqoji universitetlərdə xüsusi kurslar olmalıdır".

Təhsil eksperti, professor Şahlar Əsgərov isə tam əksini düşünür. Onun sözlərinə görə, bu, mövcud Azərbaycanda min illərlə formalaşmış təhsil, tərbiyə sisteminə mənfi təsir göstərə bilər: "Nəzərə alın ki, Azərbaycan islam ölkəsidir. Dünyada inkişaf etməkdə olan, yəni Rusiya, Türkiyə kimi ölkələr sırasındadır. Norveç, Almaniya, Yeni Zelenda, Kanada, İsrail, ABŞ kimi inkişaf etmiş ölkələr üçün vacib olan qanunları inkişaf etməkdə olan ölkələrə gətirmək düz deyil".

Professorun fikrincə, dünya ölkələri haqqında Azərbaycanda çox qarışıq təsəvvür var: " Bakirəlik şərqdə dəyərdir, qərbdə yox. Bu, şərqdə ata, qardaş, və subyektin özü tərəfindən qorunur. Ona görə də qərb dəyərlərini şərqə gətirəndə fikirləşmək lazımdır ki, nəyi gətirək olar, nəyi yox. Artıq qərb özünün qüsurunu başa düşür.

"Teleqoniya" deyilən yeni elm sahəsi yaranır ki, şərqin dəyərlərinə rəğbət bəsləyir, çünki qərbdə gələcək nəsillər pozulur. Bizim dəyərimizi dəyərsiz etmək olmaz".

Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov deyib ki, bu cür qeyri-hökumət təşkilatlarının təhsilə ünvanlanmış təşəbbüsləri təqdirəlayiqdir: "Belə hallarda müraciətlər müzakirə olunur, müzakirədən sonra standartları müəyyən edilir. İndiki halda bu, sadəcə bir təşəbbüsdür, müzakirə formasındadır, hansısa təsdiqdən danışmaq hələ tezdir. Müxtəlif sahə mütəxəssisləri ilə müzakirə olunandan sonra bu məsələyə baxıla bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1908   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel