Balakəndə QƏZA: xəsarət alanlar var

Balakəndə QƏZA: xəsarət alanlar varBalakən rayonunda yol qəzası olub.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 22-dən 23-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 1991-ci il təvəllüdlü Rəşad Kamil oğlu Layıcov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən Poçtbinə kənd inzibati ərazisindən axan çayın üzərindəki körpüyə çatan zaman idarəetməni itirib. Nəticədə maşın hündürlükdən çaya düşüb.

Qəza zamanı sürücü R. Layıcov, avtomobildə olan sərnişinlər - Balakən şəhər sakinləri, 1989-cu il təvəllüdlü Nəsimi Füzuli oğlu Omarov, 1978-ci il təvəllüdlü Xanım Əsəd qızı Balacayeva və Məlahət Əli qızı Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a bildirilib ki, yaralılardan R.Layıcov və X.Balacayevanın xəsarətləri ağır olduğundan müalicələri Reanimasiya şöbəsində aparılır. N.Omarovun müalicəsi Cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir. M.Sadıqovanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 563   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27 mart
.

Azərbaycanda Araz Ağalarova məxsus olduğu bildirilən şirkət cərimələnir

"Crocus trading" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart