"Milli" kulinarlarımızdan Azərbaycan bayrağına təhqir – Foto
Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda İkinci Beynəlxalq Çay Festivalı keçirilib.
Sonxeber.az xalq.az-a istinadən xəbər verir ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.
Festivalda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib. Fotodan da göründüyü kimi stolun üzərindəki Azərbaycan bayrağı tərsinə qoyulub. Azərbaycan bayrağ yuxarıdan mavi, orta qırmızı, aşağıda isə yaşıl rəngdədir. Ancaq dəfələrlə şahidi olmuşuq ki, nədənsə bayrağımız düz asılmır.
Adətən belə hallardan sonra rəsmilər açıqlama verir ki, texniki səhv olur. Çox güman ki, festivalın təşkilatçısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Milli Kulinariya Assosiasiyası texniki səhv olduğunu deyəcək. Necə olur, Milli Kulinariya Assosiasiyası qonaqlara çay yerinə texniki səhv olaraq çaxır vermir, ancaq bayraq məsələsinə gəldikdə texniki səhv edir?
Bəli, bu halın qəsdlə edilmədiyinə inanacağıq. Ancaq bu bayrağa hörmətsizlik, ona süfrədə ən gərəksiz bir şey kimi davranıldığı faktını inkar etməyəcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1084 Tarix: 23 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTürkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə
20 aprelParlament seçkiləri nə vaxt keçiriləcək?
"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna
19 aprelBakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib
Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas
20 aprelGəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə
19 aprel"Xəzər TV"nin məşhur verilişi bağlanacaq
Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını
19 aprelBiləsuvarda qadın yaylığı ilə özünü asdı
Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır
20 aprel