"Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri necə əldə edib"

"Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri necə əldə edib""Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri necə əldə edib"
Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının bahalı brend saatlar kolleksiyasının ardınca, on bahalı avtomobildən artıq maşınının olduğu, şəxsi avtoparka malik olduğu barədə xəbərlər yayılıb.

Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür. Saytın yazdığına görə, 2015-ci ildə istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus "Tədarük" MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) "Bakı fond birjası" Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili-qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə "təhkim edib".

BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik inşaat şirkətinin adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Vəzifəsindən sui-istifadə edib, bu qədər milyonları ələ keçirən, başqa sözlə, dövləti soyan məmurlar kifayət qədər çoxdur. Rüfət Aslanlı qeyd edilən vəzifəyə təyin ediləndə onu müsbət xarakterizə etmişdilər. Amma indi üzə çıxır ki, "təmiz" məmur belədirsə, gör onda digərləri nələr edirlər...

Buradan bir sual ortaya çıxır: məmurlara necə nəzarət etmək lazımdır və bu işi hansı qurum həyata keçirməlidir?

Deputat Fazil Mustafanın sözlərinə görə, yayılan məlumatlar bir daha göstərir ki, bir sıra məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək istənilən addımı ata bilirlər. Ona görə də məmurlara parlament nəzarəti mexanizmi də hərəkətə gətirilməlidir: "Biz bu yaxınlarda Milli Məclisdə məsələ qaldırdıq ki, yeni vəzifəyə təyin olunan məmurlar işə başlayan kimi öz yaxın adamlarını yanında yerləşdirmək üçün dərhal köhnə kadrların yaxşısına-pisinə baxmadan hamısını işdən çıxarır, bu isə dövlətçilik ənənələrinə ziddir. Çünki kadr yetişdirmək elə də asan deyil. Ona görə də o cür iş prinsipi düzgün deyil.

Məmurlar vəzifədən çıxarılandan sonra onların barəsində həyata keçirdiyi qanunsuzluqlar barədə məlumatlar yayılır. Yaxşı olar ki, o məmurlar hələ vəzifədə olarkən onların fəaliyyətinə çox ciddi nəzarət edilsin. Nəzarət institutunun olmaması məmurların istədiyi hərəkətləri etməsinə şərait yaradır. Media nəzarəti güclü olmalıdır ki, zamanında o qanunsuzluqlara gedilməsin. Baxın, Rüfət Aslanlı o vəzifəyə gəldikdən sonra yüzlərlə valyutadəyişmə məntəqəsi bağlandı, yüzlərlə insan işsiz qaldı. Nə idi bunun mənası?! Ölkədən pul çıxarılmasına məhdudiyyət qoyuldu. Bunun əvəzinə "qara pullar" variantında pullar ölkədən çıxarıldı. Ölkə iqtisadiyyatına zərbə dəydi. Bu cür məmurlar öz səlahiyyətlərindən istifadə edib yuxarı instansiyaları da aldadaraq özlərinin məqsəd və niyyətlərini həyata keçirirlər. Ona görə də bu məsələlərə vaxtında parlament nəzarətinin də olması vacibdir. Parlamentdə nəzarətə, müəyyən dərəcədə tənqidə şərait yaradılsa, bu kifayət edər ki, vəzifədə olub vəzifədən sui-istifadə edən qüvvələrin qanunsuz hərəkətlərinin tez bir zamanda dayandırılması mümkün olsun. Əks halda, Rüfət Aslanlı kimi məmurlar vəzifədən getdikdən sonra onların sərvətlərinin mediada işıqlandırılması "daldan atılan daş topuğa dəyər" effektidir. Adam yığdığını yığıb, dağıtdığını dağıdıb, iqtisadiyyatın mühüm bir sahəsini çox acınacaqlı vəziyyətə gətirib. Kimlə şəxsi düşməndir, onun strukturunu dağıdıb, vətəndaşların banklarda olan adi vəsaitləri bəhanələrlə geri qaytarılmadı. Yəni bunlar hamısı çox ciddi məsələlərdir, vətəndaşın banklara, iqtisadiyyata, bəzən də dövlətə güvənini azaldır. Ona görə də məmurların fəaliyyətinə ən azı parlament nəzarəti mexanizmi hərəkətə gətirilsə, müəyyən müsbət effekti olar. Bu mexanizm qurulsa, dövlət əmlakının dağıdılması, büdcənin talan edilməsinə qarşı ciddi bir kurs izlənə bilər. Əks halda, o cür qanunsuzluqlara yol verənlər yenə olacaq. İndi əslində hamı bilir ki, hansı məmurlar hansı həyat tərzi sürürlər".

Deputat vurğuladı ki, haqqında korrupsiyaya yol verdiyi barədə məlumatlar yayılan və özündən yuxarı instansiyalara yalan məlumatlar ötürən məmurlar barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır: "Bir var ki, məmurlar ağıllı islahat paketini aparıb ölkə başçısına təqdim edələr, bir də var ki, məmurlar özlərinin şəxsi maraqlarına uyğun formada gözdən pərdə asan manevrlərlə bir sənəd təqdim edələr. O cür məmurlar cavab verməlidirlər.

Rüfət Aslanlının avtomobil kolleksiyasından tutmuş digər sərvətləri barədə hər gün mediada məlumatlar yayılır. Hüquq-mühafizə orqanları bu məsələni diqqətə alıb fakt üzrə cinayət işi qaldırmalıdır, araşdırma aparılmalıdır ki, məmur onları necə əldə edib. Məmurlar bilməlidir ki, dövlət əmlakı onun şəxsi mülkiyyəti deyil, onu talamaq olmaz, talayacaqsansa, cəzasını alacaqsan". ("Yeni Müsavat")


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1059   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel