"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub" - Hüquqşünas Qubadakı hadisədən danışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Qubada 25 yaşlı qadın həyat yoldaşının əmisi oğlu tərəfindən qaçırılıb. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olub ki, qadın eşq yaşadığı kişi ilə öz razılığı əsasında qaçıb. Oktyabrın 22-də isə həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Milli mental dəyərləri nəzərə alsaq, hadisə namus üstündə baş verib. Qadını sevdiyi üçün qaçıran gənc oğlan öldürülüb. Onun qaçırdığı evli qadının ailəsi dağılıb. Hələ bundan sonra onun taleyini nələrin gözlədiyi məlum deyil. Ən əsası isə, qan qohumları arasında düşmənçilik toxumları səpilib.

"Öldürmək istənilən halda savadsızlıqdır"

Sonxeber.az bildirir ki, keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev a24.az-a açıqlamasında evli qadının ərinin yaxın qohumu tərəfindən qaçırılmasını hüquqi tərəfdən şərh edib. O qeyd edib ki, istənilən halda sevdiyinə görə qızı qaçırdığı üçün gənc oğlanın öldürülməsinin əleyhinədir: "Təbii ki, onu qız tərəfinin yaxın qohum-əqrəbaları öldürüb. Bu hadisə namus və qeyrətlə əlaqələndirildiyi üçün baş verib. Əlbəttə ki, öldürməli deyildilər. Çünki qanun var, hüquq-mühafizə orqanları var. Ən azından şikayət edə bilərdilər ki, ailəli qadındır. Müəyyən olunmalıdır ki, zor tətbiq edilərək qaçırdılıb, yoxsa, könüllü olaraq qaçıblar. Yəni, müraciət etsəydilər, bütün bunlar araşdırılacaq və əsl həqiqət məlum olacaqdı, sonradan da belə ölüm hadisəsi baş verməyəcəkdi. Öldürmək istənilən halda düzgün yanaşma deyil, bu, savadsızlıqdır".

"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub"

M.Hacıyev evli qadının oğlanla qoşulub qaçmasının müxtəlif səbəblərinin olduğunu hesab edir. Ekspert düşünür ki, burada intim münasibətlər də, sevgi də rol oynaya bilər: "Bunlar sırf psixoloji amillərdir. Baxmayaraq ki, qız evli olub, amma onların arasında möhkəm bir sevgi və bağlılıq müşahidə olunub. Keçmişdə də belə hadisələr olurdu. Gənclər bir-birini sevirdilər, amma müəyyən məsələlər onların ailə qurmasını əngəlləyirdi. Sonradan onların başqa-başqa şəxslərlə ailə qurmasına baxmayaraq, bir-birilərinə olan sevgiləri davam edirdi. Yəni ki, iki şəxs arasında möhkəm sevgi macərasının qarşısı əngəllənəndə belə hadisələr olur. Bu da sırf psixoloji durumdan irəli gələn məsələlərdir. Burada yenə deyirəm ki, intim münasibətlər də rol ala bilər. Ola bilsin ki, Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub. Sonra görüb ki, üstü açıla bilər və qoşulub qaçıb".

"Bu, bizim üçün namus məsələsidir"

Ekspertin sözlərinə görə, evli qadının başqası tərəfindən qaçırılması birbaşa namus məsələsidir: "Azərbaycan Qafqaz ölkəsidir, müsəlman ölkəsidir. Biz türkdilli xalqıq, türkük. Bizim öz dəyərlərimiz və mentalitetlərimiz var. Eyni zamanda, xalq olaraq namus və qeyrət anlayışlarımız da mövcuddur. Təbii ki, belə hadisələrdə mentalitet də mütləq mənada rol oynayır. Bəlkə də, başqa yerlərdə buna normal baxırlar. Amma bu, bizim üçün namus məsələsidir".

"Qanunda milli mentalitet, şərəf, ləyaqət, namus və qeyrət nəzərə alınmır"

Keçmiş polis rəisi bildirib ki, hadisə namus üstündə baş versə də, qanun üçün fakt əsasdır: "Təbii ki, kişinin həyat yoldaşı başqası tərəfindən qaçırılıb və burada istər-istəməz namus məsələsi meydana gəlir. Amma bu, o demək deyil ki, qaçıran şəxs mütləq öldürülməlidir. Çünki qanun var, qayda var. Qanun da belə hadisələrə görə kiməsə güzəştə getmir. Qanunda milli mentalitet, şərəf, ləyaqət, namus və qeyrət nəzərə alınmır. Ancaq fakt nəzərə alınır ki, qəsdən adamöldürmə baş verib, yoxsa, verməyib? Bu, istənilən halda cinayətdir. Çünki ortadakı fakt odur ki, gənc oğlan öldürülüb. Özü də xüsusi amansızlıqla öldürüldüyü deyilir. Hələ ki, istintaq gedir və bu sonda müəyyən olunacaq. Amma qanun güzəştə getməsə də, istər-istəməz qanunun icrasını həyat keçirənlər mentalitet və namus məsələlərini düşünür. Ən azından, hadisənin namus üstündə törədildiyinə görə müttəhimlə humanistcəsinə davranmağa çalışırlar".

"Texnologiya üzərində qurulan sevgi səmimi deyil, intim münasibətlər üzərində qurulan bədən sevgisidir".

M.Hacıyev cəmiyyətdə bu kimi hadisələrin geniş vüsət almasını müasir zamanın və tenxologiyanın inkişaf etməsi ilə əlaqələndirib: "Təəssüf hissi ilə deyirəm ki, ölkəmizdə bu cür hadisələr artmağa başlayıb. Əvvəlki dövrlərdə belə hallar il ərzində barmaqlasayılası qədər olurdu. İndi isə ay ərzində bu cür hadisələri saymaq üçün barmaqlar kifayət etmir. Bu da hesab edirəm ki, müasir texnologiyanın inkişaf etməsindən və müasir zamandan irəli gələn məsələlərdir. Əvvəllər nə kompüter var idi, nə əl telefonu var idi, nə də sosial şəbəkə. İndi biri ona mesaj göndərir, o, şəklini buna göndərir. Bir qız oğlanla gizlində yazışır, danışır. Heç bir-birlərini görməyə-görməyə münasibət qururlar. Mən texnologiyadan yaranan sevgi münasibətlərinin vicdanlı olduğuna inanmıram. Bu, səmimi sevgi deyil, intim münasibətlər üzərində qurulan sevgi əsl sevgidir".

Qeyd edək ki, Qubada 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Nəticədə E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub" - Hüquqşünas Qubadakı hadisədən danışdı"Ola bilsin ki, həmin evli qadının oğlanla intim əlaqələri olub" - Hüquqşünas Qubadakı hadisədən danışdı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1658   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart