Ramil Usubov tapşırıq verdi

Ramil Usubov tapşırıq verdiOktyabrın 1-də Binə qəsəbəsində qatarla 160 saylı marşrut avtobusunun toqquşduğu, nəticədə iki nəfərin öldüyü və 40 nəfərin yaralandığı küçədə yol hərəkətinin təşkilində problemlər olması barədə elə həmin ərəfədə şikayətlər yayılırdı. Sosial şəbəkədə yayılan şəkillərdə qəsəbənin 275 sakininin Daxili işlər naziri Ramil Usubova müraciət etdiyi qeyd olunur. Sonxeber.az xəbər verir ki, qafqazinfo bu məsələyə aydınlıq gətirmək üçün oktyabrın 2-də nazirliyə sorğu verib və həqiqətən onlara belə bir müraciətin daxil olub-olmadığına cavab verilməsini istəyib.

275 nəfər qəsəbə sakininin imza atdığı müraciətdə nazir Ramil Usubovdan həmin yolda hərəkətin nizamlanmasını xahiş edilib. Sakinlər qeyd edib ki, asfalt yolu çəkilsə də, işıqfor, sürət nişanları qoyulmayıb və ərazidə yol polisi xidmət aparmır. Bu da piyadaların vurulması ilə nəticələnən qəzalara səbəb olub: "Hər ay yol qəzalarında ən az 2-3 piyada həyatını itirir. Bu məsələ ilə əlaqədar dəfələrlə DYP idarəsinə müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülməyib".

Oktyabrın 22-də Baş Dövlət Yol Polisi İdarəsinin rəsi müavini Elşən Kazımovun adından sözügedən sayta daxil olan cavab məktubunda sakinlərin nazirə belə bir məzmunda müraciət etdiyi təsdiqlənib:

"Binə qəsəbəsinin bir qrup sakini oktyabrın 2-də qəsəbədə hərəkətin təşkili barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə kollektiv müraciət ünvanlayıblar.

Müraciətlə bağlı ərazi müayinə olunaraq Binə qəsəbəsinin Əli İsazadə küçəsində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq yol nişanlarının qurulması, piyadaların hərəkətinin intensiv olduğu yol sahələrində nizamlanmayan piyada keçidlərinin yaradılması barədə qərar qəbul olunaraq icrası təmin olunub.

Bununla yanaşı, Binə qəsəbəsində yol hərəkəti qaydalarına riayət etməyən sürücülərə qarşı mübarizəinin gücləndirilməsi üçün Xəzər Rayon Polis İdarəsinə tapşırıq verilib".

Qeyd edək ki, həmin yolda baş verən qəzaya görə 160 saylı marşrut avtobusunun sürücüsü Əlixan Şıxəliyev və daşıyıcı şirkət olan "Ayşən LTD"-nin dispetçeri Mübariz Fərəcov həbs olunub. Qəza nəticəsində 12 yaşlı şagird Yusif Dadaşzadə və 56 yaşlı müəllim Şakir Əliyev vəfat edib.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1740   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Yer altındakı qeyri-adi qəsəbə - 2000 əhali, 70 dərəcə isti... - FOTO

Avstraliyanın Adelaida şəhərinin cənubundakı Kuber Pedi qəsəbəsi qeyri-adi və təbii arxitekturasına görə turistlərin diqqət mərkəzindədir.. . Sonxeber.az axar.az-a istinadən xəbər verir ki, yerin altında salınan məşhur qəsəbədə 2000 nəfər məskunlaşıb. Kuber Pedidə yaşayış evləri ilə yanaşı, alış-veriş

23 oktyabr 2018

Məşhur yazarın İNANILMAZ EŞQ MACƏRASI: nişanlısının rəfiqəsi ilə sevişən və...

Poeziya xəstəlikdir. Qızdırmanı salmaq sağalmaq deyil. Əksinə! Hərarət artdıqca bədən aydınlanır, su kimi saflaşır.. . Bu dəfə sizə Kafkadan danışacam. Özü də yolun sonundan əvvəlinə doğru addımlayacağıq. Çünki Kafkanı vəsf etməyin başqa özəl yolu yoxdur. Onu ayıq başla oxumaq da alınmır. Mütləq sənə

23 oktyabr 2018

"Ərim mənə xəyanət etdiyi qadınla ən yaxın dostunu evləndirir" - ŞOK AÇIQLAMA - VİDEO

Beyaz TV-də yayımlanan "Hayatta Her Şey Var" proqramına zəng edən qadın tamaşaçının dedikləri aparıcı başda olmaqla hər kəsi şoka salıb.. . Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, qadın "Ərim mənə xəyanət etdiyi uşaqlıq sevgilisini ən yaxın dostu ilə evləndirməyə çalışır"

23 oktyabr 2018

"Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı" – Sumqayıtda tükürpədən namus cinayəti

Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.. . Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfael Feyziyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.. . Sonxeber.az azxeber.com-a istinadən xəbər vrir ki, hakim Rasim Sadıxovun sədrliy

23 oktyabr 2018

Ərdoğandan Haşoqqi çıxışı: "Bunu ört-basdır etmək..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında İstanbul baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Haşoqqi barədə çıxış edib.. . Sonxeber.az milli.az-a istinadla xəbər verir ki, prezident "Washington Post"un köşə yazarı Camal Haşoqqini

23 oktyabr 2018

Azərbaycanlı məşhur kriminal avtoritet İranda saxlanıldı - FOTO

Azərbaycanlı kriminal avtoritet Lotu Rafiq Masalliniski kimi tanınan Rafiq Eyvazov İran polisi tərəfindən saxlanılıb.. . Sonxeber.az a24.az-a istinadla xəbər verir ki, kriminal avtoritet 6 saat dindirilmədən sonra sərbst buraxılıb. Onun hansı səbəblə saxlanılması barədə isə heç bir məlumat verilməyib.

23 oktyabr 2018

Azərbaycanda uşaqlar niyə arıq, çəlimsiz, beli əyilmiş vəziyyətdədir? - ŞƏRH

Bu gün uşaqlarımız, yeniyetmələrimiz fiziki, sağlamlıq cəhətdən çox ciddi problemlər yaşayırlar. Xüsusilə savadlı, bilikli, ölkənin gələcəyinə böyük töhfəsi olacaq uşaqlar, yeniyetmələr arasında bu problemlər özlərini ciddi şəkildə göstərməkdədir.. . Bunu Oxu.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliye

23 oktyabr 2018

Daşkəsəndə dəhşət: Oğul valideynlərini döyüb, bu hala saldı

Daşkəsəndə ata-anasını döyən şəxs saxlanılıb.. Sonxeber.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional qrupundan A24.Az-a verilən məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsic

23 oktyabr 2018

Sabahın hava proqnozu açıqlandı

Oktyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

23 oktyabr 2018