Deputat enerji içkilərindən danışdı: heç bir enerji vermir

Deputat enerji içkilərindən danışdı: heç bir enerji vermirEnerji içkisi adlansa da, onların heç biri orqanizmə enerji vermir, əksinə, hüceyrələrə nüfuz edərək enerji itkisinə səbəb olur.

Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, enerji içkiləri ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəllərində dünya bazarına çıxıb.

"Bu içkilər son 30 ildə çox geniş yayılıb və demək olar ki, dünyanın yarısı ondan istifadə edir. Çox vaxt həmin içkilərin müsbət təsirləri barədə gənclər və yeniyetmələr arasında cəlbedici reklamlar, təbliğatlar və fikir mübadilələri aparılır. Mən bir həkim kimi birmənalı olaraq demək istəyirəm ki, bu içkilər olduqca zərərlidir", - deyən millət vəkili bildirib ki, reklamlar vasitəsilə yorğunluğu aradan qaldırdığı, əhval-ruhiyyəni yüksəltdiyi söylənilən enerji içkilərinin tərkibində kofein, taurin və digər maddələr var.

M. Quliyevin qeyd etdiyinə görə, bu içkilərin ən təhlükəli yanı isə aludəçilik yaratmasıdır:

"Bir gündə insan orqanizminin qəbul edə biləcəyi kofeinin miqdarı 400 milliqramdır. Bir banka enerji içkisində 150-200 milliqram kofein var. İki və daha çox banka enerji içkisi qəbulu normanı aşaraq, zəhərlənməyə səbəb ola bilər.

Enerji çkilərinin tərkibinə şəkər, saxaroza, qlükoza, dadlandırıcı və ətirli maddələr qatılır. Bu cür maddələrin həddən artıq qəbulu isə mədəaltı vəzdə problemlərə, qaraciyərin piylənməsinə, kökəlməyə, iştahasızlığa aparıb-çıxarır. Müəyyən müddətdən sonra şəkərli diabet və insulinə rezistentlik yaranır. Üstəlik, yuxu pozuntusu, əsəbilik və tez qıcıqlanma halları da meydana çıxır".

M.Quliyev deyib ki, tibb elmi bütün dünyada sübut edib ki, həmin içkilərin ziyanı həddindən çoxdur:

"Onun insan psixikasına və əsəb sisteminə çox ciddi mənfi təsiri var. Ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər bu içkiləri qəbul edir və ilk vaxtlar onun səmərəsini görürlər. Bir müddət sonra isə bu insanlarda aqressiya hissi yaranır. Normal adam gündə həmin içkinin bir bankasını içdikdə, onun mənfi təsirini hiss etməyə bilər. Lakin bu davamlı olduqda orqanizmin ona tələbatı artır.

Enerji içkisinin təsirindən güclü damar tutması ola bilər ki, bu da infarkt və hətta ölümlə nəticələnər. Ona görə də qadağa və inzibati tədbirlərlə yanaşı, maarifləndirmə təbliğatı da aparılmalıdır".

Dünyanın heç bir ölkəsində enerji içkilərinin satışına ciddi qadağaların olmadığını qeyd edən sədr müavini bildirib ki, bu içkilərin zəhər olduğunu da söyləmək olmaz:

"Amma onun orqanizm üçün xeyirli olduğunu demək düzgün deyil. Ümumi statistik nəticələrə əsasən, bu içkilərin zərəri sübut olunub. Onlar xüsusilə ürək-damar, mədə-bağırsaq, şəkərli diabet, nevroz xəstələrinə birmənalı olaraq zərərli təsir göstərir. Ancaq onun zərərli təsirini hiss edənədək içmək düzgün deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 951   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

İtən telefonu necə tapmaq olar? - VİDEO

Vətəndaşlar arasında telefonu itən və ya oğurlananlara tez-tez rast gəlinir. Belə hallar baş verərsə teleonu tapmaq üçün bəlli addımlar atılmalıdır. İlk olaraq telefonun identifikasiya kodu müəyyən olunur. Bu kod telefon qutusunun üzərində və ya akkumulyator batareyasının alt hissəsində olur. Bunda

27 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Yunan əsatirlərindəki qadınlar Azərbaycanda yaşayıb - avropalı alimlər Xınalıqda nə tapdı?

Yunan miflərindəki qadın döyüşçülər tayfası olan Amazonlar, ehtimallara görə reallıqda mövcud olublar. Onların güman olunan prototipləri təxminən 400 il əvvəl Qafqazda və Orta Asiyada yaşayan köçəri qadınlar olub. Bu barədə "The Guardian"a britaniyalı tarixçi və yazıçı Bethany Hyuz məluma

27 mart
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

ANS-in məşhur verilişi ekranlara qayıdır: bu dəfə fərqli kanalda

Aparıcı Tarix Əliyev (Tolik) MTV-də daha bir verilişə aparıcılıq edəcək. xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib. O bildirib ki, layihə tezliklə təqdim olunacaq:. "MTV-də yeni layihə başlayır. Heç vaxt belə formatda veriliş aparmamışam. Bu dəfə özüm istədim ki

27 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart