Bakıda "su qiymətinə" maşınlar SATILIR

Bakıda "su qiymətinə" maşınlar SATILIRƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac noyabrın 20-də keçiriləcək.

Komitədən Sonxeber.az-a bildiriblər ki, hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Onlardan 14-ü kiçik dövlət müəssisə və obyekti, 5-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u isə nəqliyyat vasitəsidir. Bu dəfə vətəndaşlar Bakı, Gəncə, Salyan, Lənkəran kimi şəhər və rayonlarda yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşməsində iştirak edə bilər. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,8 kvadratmetr ilə 3763,3 kvadratmetr aralığındadır. Ucar şəhəri, 29-cu məhəllədə yerləşən "Ucar 3 nömrəli Təmir Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 181,8 kvadratmetrdir. Kiçik dövlət müəssisənin 9 min 934 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 4-ü paytaxtda, 1-i isə Mingəçevir şəhərindədir. Bu obyektlərin ümumi faydalı sahəsi 26,5 kvadratmetr və 176,7 kvadratmetr intervalındadır.

Bakı üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Ş.Ələkbərova küçəsində yerləşir. Sahibinə xidmət sahəsi üzrə fəaliyyətə imkan yaradacaq dövlət əmlakının ümumi faydalı sahəsi 106,9 kvadratmetrdir. Daha bir gəlirli əmlak isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki iaşə obyektidir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 124,4 kvadratmetrdir. Dövlətə məxsus paylarının hərraca çıxarıldığı səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir. İnvestorlar təmir-tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən bu dövlət əmlaklarının 30-45 faizlik səhm paketlərini özəlləşdirə bilər.

"Mercedes", "BMW", "Hyundai", "Tofaş" və digər brendlərdən olan nəqliyyat vasitələri də bu dəfə hərraca çıxarılan dövlət əmlakları arasındadır. Hər kəsə maraqlı ola biləcək bu avtomobillərin buraxılış tarixləri 1995-2006 illərdir. Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10 faizi həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər. Qeyd edək ki, təşkil olunan hərracda istənilən şəxs həm onlayn, həm də canlı formada iştirak edə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7611   Tarix: 23 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel