Qarabağda toqquşmalar güclənəcək və... - Paşinyanın HİYLƏGƏR PLANI

Qarabağda toqquşmalar güclənəcək və... - Paşinyanın HİYLƏGƏR PLANIRusiyanın "Kommersant" nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb.

Publika.az xəbər verir ki, nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Cənubi Qafqaza işçi səfər edirlər. Onlar artıq İrəvanda oldu, ardınca Xankəndinə (Azərbaycanın işğal olunmuş əraziləri - red.) getdilər. Növbəti ünvan Bakıdır. Həmsədr ölkələr - Rusiya, Fransa və ABŞ bu ilin mayında Ermənistanda hakimiyyət dəyişməsindən sonra Qarabağ danışıqlarının aktivləşdirilməsi çağırışını etdilər. Həmsədrlərin regiona səfəri İrəvanın qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirakı haqqında inadlı çağırışları fonunda baş verir. Bakıda bu təklifi qəbuledilməz hesab edirlər. Qarabağ danışıqlarında irəliləyişin olmamasına baxmayaraq, regiona səfər edən beynəlxalq vasitəçilər prosesi ölü nöqtədən tərpətmək üçün heç bir cəhd göstərmir. Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfərindən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya gəldi. Moskvadan dərhal sonra isə Cənubi Qafqaz turnesinə çıxdı. Bolton İrəvanda gözlənilməz fərziyə irəli sürdü: Nikol Paşinyanın hökumət başçısı olmasından sonra Bakı ilə danışıqlarda qətiyyətli addımlar atılacaq. Daha əvvəl oxşar açıqlamanı diplomatik missiyasını başa vuran ABŞ-ın İrəvandakı səfiri Riçard Mills vermişdi. Paşinyan Boltonun fərziyyəsini dəstəkləmədi və qeyd etdi ki, "Con Bolton öz adından danışır. Nə Bolton, nə də başqa birisi mənim adımdan danışa bilməz". Əlavə etdi ki, "Ermənistan və "Arsax (Qarabağ) xalqı" üçün münasib olmayan heç bir qərar qəbul edilə bilər". Paşinyan Qarabağla bağlı "böyük Ermənistan" xülyasının əyalətini xatırladan addan istifadə etməklə nümayiş etdirdi ki, münaqişə ilə bağlı sələflərindən daha sərt mövqeyə malikdir", - deyə nəşr yazır.

"Kommersant" iddia edir ki, Ermənistan rəhbərliyinin sərt bəyanatı və Vaşinqtonla İrəvan arasında anlaşılmazlığı nəzərə alan Minsk qrupunun həmsədrləri Boltondan sonra erməni paytaxtına gəlməklə heç olmasa münaqişənin nizama salınmasında irəliləyiş görüntüsü yaratmaq üçün "yanğınsöndürən" rolunu oynamağa məcbur oldu.

Avropa İttifaqının İrəvandakı səfiri Pyotr Svitalskiy amerikalı həmkarlarının son fikirlərini şərh edərək, erməni tərəfini inandırmağa çalışdı ki, "Qarabağ məsələsinin həllinin sürətləndirilməsi üçün İrəvana heç bir xarici təzyiq olmayacaq".

Həmsədrlər Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşdü. Separatçılar da həmsədrlərə danışıqlar masasında iştirak etmək istədikləri bildirdilər.

Minsk qrupu İrəvanın danışıqların formatını dəyişdirməklə bağlı təklifinə heç bir rəsmi reaksiya vermədi.

"Sivilizasiyaların Dialoqu" İnstitutunda elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko nəşrə açıqlamasında bildirib ki, Minsk qrupunun yeni səfəri beynəlxalq mexanizmin boş yerə işlədiyini növbəti dəfə göstərdi.

"Paşinyan anlayır ki, Bakı ilə İrəvan arasınmda real dialoq olmayacaq. Ona görə də tələblərini şüurlu şəkildə daha da yüksəldərək, heç olmasa ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışır", - deyə rusiyalı ekspert vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1711   Tarix: 01 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021