ABŞ şəhəri Azərbaycan bayrağına büründü

ABŞ şəhəri Azərbaycan bayrağına büründüABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib.

Bundan başqa, noyabrın 9-u Montereydə "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson (Clyde Roberson) müvafiq bəyannamə imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilən bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Həmçinin, bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunub.

Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanıb.

Bəyannamədə qeyd olunub ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.

Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunub.

Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr 2018-ci il tarixini Monterey şəhərində "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edib və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə çağırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1916   Tarix: 06 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021