Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış - FOTO

Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış - FOTODünyanın ən məşhur supermodelləri arasında yer alan 23 yaşlı Cici və 22 yaşlı Bella Hədid bacılarının atası, əslən iordaniyalı olan 70 yaşlı Məhəmməd Hədidlə bağlı qalmaqal yaranıb.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, böyük inşaat şirkətinin sahibi olan Məhəmməd Hədidin 25 yaşlı polyak model Yustina Monde ilə "eşq" yaşadığı bəlli olub.

Yustina Monde 70 yaşlı Hədidlə İnstagram-dakı yazışmasının skrinşotlarını açıqlayıb.

Bella və Cici Hədidlər iş adamı Məhəmməd Hədidin ikinci arvadı İolanda Fosterin dünyaya gətirdiyi qızlarıdır.

M.Hədidin ilk nikahdan Mariel və Alana adlı iki qızı var.

25 yaşlı Yustina ilə Məhəmməd Hədid 2014-cü ildə İnstagram-da tanış olub. Onlar bir neçə ay açıq-saçıq məzmunlu mesajlar "mübadiləsi"ndə olublar. Yustina çılpaq və yarıçılpaq fotolarını Məhəmməd Hədidə yollayıb, Məhəmməd Hədid də nəvəsi yaşındakı modelə əxlaqsız təkliflər edib.

Daha sonra onlar Polşanın Vroslav şəhərindəki Sofitel otelində görüşüblər, "eşq gecəsi" yaşayıblar.

Sonrakı üç ildə onlar Avropanın müxtəlif şəhərlərində görüşüblər.

"Məhəmməd həmişə arxamca özəl təyyarəsini yollayırdı. Aramızda yaş fərqi çox böyük olsa da, onu çox bəyənirdim. Daha sonra o, mənə sevgilisi olmağımı təklif etdi. İstəmədim, çünki sevgilim vardı", - Yustina Monde deyib.

Məhəmməd Hədid 2013-cü ildən bəri əslən iranlı olan 36 yaşlı model və teleulduz Şiva Səfəai ilə nişanlıdır.

"O, Şiva ilə evlənən deyil, çünki Şivanı sevsəydi, xəyanət etməzdi. Məhəmmədlə dost qaldıq, hələ də yazışırıq", - Yustina Monde bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2158   Tarix: 07 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021
.

"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ

Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah

8 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021