Amaliya Pənahovanın yaddaşlara iz salan filmləri (VİDEO)

Amaliya Pənahovanın yaddaşlara iz salan filmləri (VİDEO)Dünyasını dəyişən Amaliya Pənahova Azərbaycan teatr və kino aktrisası kimi tamaşaçıların yaddaşında iz salıb.

Amaliya Pənahova həmçinin, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilib.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalımışdırlar.

Prezident təqaüdçüsü olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.

Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat edib.

Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.

Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək[4] Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb[5].BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2335   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021