"Yalandan gülürdüm, alqışlayırdım, amma dilinizi bilmirdim" — Manana illər sonra sirri açdı

"Yalandan gülürdüm, alqışlayırdım, amma dilinizi bilmirdim" — Manana illər sonra sirri açdıƏməkdar artist Manana Çaparidzenin milli.az-a müsahibəsini təqdim edirik:
– Manana xanım, Azərbaycana bu qədər sevgi sizdə hardan yaranıb?

– Mən artıq 23 ildir ki, Azərbaycandayam. 23 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim. Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmişə atam, babam onun mahnılarına qulaq asırdı. Mən də uşaq idim, Zeynəb xanımın mahnılarını zümzümə edirdim. Böyük arzum idi ki, müğənni olum.

– Deməli Azərbaycana gəlişiniz sırf təsadüf olub?

– Həqiqətən də oxşar cəhətlərimiz çoxdur. Amma onu deyim ki, bağlılığımız var. Belə ki, ana nənəm Azərbaycanlı olub, babamın adı isə Telman idi.

– Azərbaycana gəlişinizi necə xatırlayırsınız?

– Mən artıq yeniyetmə idim, müğənni kimi fəaliyyət göstərirdim. Valideynlərimə təklif gəlmişdi ki, Manana 1-2 günlük Azərbaycana qastrol səfərinə gəlsin. Onlar bu təklifə sevə-sevə razılaşmışdılar. İş elə gətirdi ki, 2 gün yox, uzun müddət burada qalası oldum. Hara gedirdimsə məni gözəl, isti qarşılayırdılar. Amma onu da deyim ki, dili bilmirdim, mənim üçün çox çətin idi. Valideynlərim həmişə mənə deyirdi ki, həyat çətin olsa da öz yolunla get. Amma o yolu elə get ki, arxaya baxanda utanmayasan.

– Sizi ilk dəfə tamaşaçılarımız "Kinoklub" verilişindən tanıdılar. Həmin verilişə necə dəvət almışdınız?

– Verilişin rəhbəri Etibar Babayev səsimin gözəl olduğunu bildirib məni verilişə dəvət etdi. O zaman 16-17 yaşım var idi. Həmin verilişdə iştirak edərkən mən qətiyyən sizin dildə danışa bilmirdim, heç nə başa düşmürdüm. Verilişin qonaqları alqış edəndə mən də alqışlayırdım, güləndə gülürdüm (gülür). Artıq qonaq yox, ev yiyəsiyəm. Hələ də gözəl xatirələrlə yaşayıram. Amin adında bir qardaşım var idi, həmişə mənə deyirdi ki, Manana sevimli insan olanda, müğənni olmaq daha asan olacaq. Həqiqətən də insanların mənə qarşı olan sevgisini görürəm və bu məni çox sevindirir.

– Dilimizi çətinliklə öyrəndiniz yoxsa asanlıqla?

– Özümə müəllim tutmuşdum. Amma müəllimdən də əlavə çalışırdım ki, insanlarla çox ünsiyyətdə olum. Hətta xahiş edirdim ki, mənimlə rus yox, azəri dilində danışsınlar. Səhər-axşam qəzetlər, kitablar oxuyurdum.

– Səmimi xanımsınız yoxsa özünüzü səmimi göstərirsiz?

– Mən həyatda necəyəmsə, efirdə də eləyəm. Düzdü, şou-biznes elə bir yerdir ki, çox səmimi olmaq olmur. Amma çalışıram ki, mən səmimi olum.

– Şou-biznesdə kiminlə qalmaqal yaşamısınız?

– Mən indiyə qədər heç kimlə qalmaqal yaşamamışam. Çünki buna ehtiyacım yoxdur. Zaman-zaman məni də qalmaqala sürükləyiblər, amma heç vaxt kiməsə cavab verməmişəm.

– Bakıda ev almısınız?

– Bəli, evimiz buradadır. Gürcüstana getsəm də yenə bura qayıdıram. Gürcüstana gedəndə də Azərbaycanı təmsil edirəm. Oradakı verilişlərdə qonaq olarkən hamını azəri dilində salamlayıb, bu dildə mahnı oxuyuram.

– Ən çox işlədiyiniz bəstəkarlar kimlərdir?

– Zamanında mənim səsimə böyük bəstəkarımız Tofiq Quliyev də qulaq asmışdı. Buna görə həqiqətən də xoşbəxtəm. Bundan başqa Nailə və Hikmət Mirməmmədlilərlə, Vaqif Gərayzadə, Eldar Mansurovla çalışmışam. Hal-hazırda da bir neçə mahnı üzərində çalışıram. Yeni ilə qədər tamaşaçılara təqdim edəcəyəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1219   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara

18 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Onlar artıq bu kanalda olacaq

"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq

7 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021