Azərbaycanda ŞOK HADİSƏ: 5 yaşından yanlış diaqnozla müalicə aldı, 21 il sonra...

Azərbaycanda ŞOK HADİSƏ: 5 yaşından yanlış diaqnozla müalicə aldı, 21 il sonra...Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub.

BiG.AZ xəbər verir ki, klinikanın Torakal cərrah Arif Ağayev xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olduğunu deyib.

Onun sözlərinə görə, xəstə illərdir müxtəlif xəstəliklərə görə yanlış müalicə edilib.

"Xəstə indi 27 yaşındadır. 5-6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicə alıb. Lakin əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqayisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub, onun anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi yanlış xəstəliklərdən müalicə alıb".

Torakal cərrah A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: "Xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmırmış. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Aparılan müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi".

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: "Xəstənin törəməsi çıxarıldı. İrinlənmiş ağciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi".

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır və mütamadi olaraq kontrol müayinələrə gəlir, hər hansı şikayəti qeyd olunmur.(Publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1674   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021