Azərbaycanda boşanma müraciətlərinin sayı 3 dəfəyə yaxın artıb

Azərbaycanda boşanma müraciətlərinin sayı 3 dəfəyə yaxın artıbAzərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub.

Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb.

Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı mübahisələrin sayında da artım müşahidə edilib. 2005-ci ildə atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 432, 2010-cu ildə 621, 2017-ci ildə isə 845 mülki işə baxılıb.
Son 13 ildə övladlığa götürmə və onun ləğvi ilə bağlı mübahisələrin sayı isə azalıb. 2005-ci ildə belə müraciətlərin sayı 702, 2010-cu ildə 571, 2017-ci ildə isə 541 olub.

Valideynlik hüquqlarından məhrumetmə ilə bağlı mülki işlərin sayı ötən müddətdə demək olar ki, çox dəyişməyib. 2005-ci ildə belə müraciətlərin sayı 116, 2010-cu ildə 80, 2017-ci ildə isə 118 olub.

Ötən müddətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı baxılan mülki işlərin sayı isə 25 dəfə artıb. 2005-ci ildə məhkəmələrdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 4 mülki işə baxıldığı halda, 2017-ci ildə onların sayı 103-ə yüksəlib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 860   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırır. "Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. Qeyd olunub ki, Almaniy

20 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

"Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər". Bunu Ermənistan baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə ö

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Bakıda taxta bazarı yanır: Mübarizə tədbirləri davam etdirilir - YENİLƏNİB +VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzr

20 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidir

Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı "X"də yazıb. O bildirib ki, buna uyğun olaraq əlaqələr hər ötə

20 aprel