"İstəyir ki, ona nifrət etsinlər..." - Mələkxanım Mirkamildən danışdı

"İstəyir ki, ona nifrət etsinlər..." - Mələkxanım Mirkamildən danışdı"Mirkamili övladlarımdan seçməmişəm, onlardan artıq sevirəm. Məktəbi bitirəndən bəri bütün dayağı mən olmuşam. Hər şey xalqın gözünün qarşısında olub. Elə şeylər var ki, danışmaq olmur".

Bu sözləri xalq artisti Mələkxanım Əyyubova "Qafqazinfo"ya açıqlamasında bacısı oğlu, müğənni Mirkamil Kamilovun instaqramdakı qəribə paylaşımlarına münasibət bildirərkən deyib. Məşhur xanəndə Mirkamilin "Xalq ulduzu" yarışmasından sonra özünə qapandığını qeyd edib:

"Uşaqlıqdan Mirkamilin ürəyində azacıq problem var idi. Əvvəlcə, Bakıda Rəşad adlı həkimlə danışdıq, amma getmədi. Daha sonra İranla danışıqlar aparıldı və orada əməliyyat olundu. Nə dərəcədə doğru, düzgün edilməsi barədə məlumatsızam. Həmin dövrdə Amerikada idim, yanında Aybəniz xanım Haşımova olub. 4-5 il keçsə də, Mirkamil əməliyyatdan sonra çapalayır. Elə bil ki, həyatından bezib.

Yumoru olan bir gəncdir. Sosial şəbəkələrdə nəsə yazanda belə düşünürük ki, zarafat edir, şou göstərir. Elə şeylər var ki, onu yumora da çevirmək olmaz. Çünki xalq onu çox sevir. Sadəcə olaraq Mirkamil "Xalq ulduzu"ndan sonra səhnədən qaçdı, çox sevgi, istək gördü və insanlardan uzaqlaşdı. Özünə qapandı, daha sonra ürəyi də belə oldu".

Xalq artisti onun Mirkamilə dəstək olmadığını iddia edənlərə də cavab verib: "Mən onu hər dəfə efirə çağırıram, amma gəlmir. Deyir ki, xala, ürəyim ağrıyır, dözə bilmirəm. Mən də məcbur razılaşırdım. Daha sonra efirə Ramalgillə (qardaşı oğlu, müğənni Ramal İsrafilov) çıxırdım. Hamı yazırdı ki, Mirkamili özünə yaxın buraxmadı. Hər şeyi danışmaq olmur. İnsanlara bir-bir yazım ki, səhhətində problem var".

M. Əyyubova deyir ki, ifaçı insanların gözündən düşmək üçün bilərəkdən belə edir: "4-5 ay olar ki, bizə gəldi. Ağlı başında, heç bir psixoloji problemi olmayan bir vəziyyətdə idi. Mənə dedi ki, xala, hərdən o qədər əsəb keçirirəm, istəyirəm ki, xalq məndən incisin, nifrət etsin və uzaqlaşsınlar. Bəlkə də, bu cəhətdən özünü belə aparır ki, insanlar ondan üz çevirsin. Bunu dəqiqliyi ilə mən açıqlaya bilməyəcəm. Bir onu bilirəm ki, Mirkamilin pis bir işi yoxdur. Onun problemi ürəyi ilə bağlıdır. Heç kimə qulaq asmır! Olmaz belə...

Mirkamil özü-özünə qara yaxır ki, insanlar onu sevməsin. O deyir ki, özümü elə aparıram ki, hamı düşünsün ki, dəli olub. Nə bilirəmsə, sizə onu deyirəm. Məni qınamasınlar, Mirkamil özü bizdən uzaqlaşır. Evimdə olanda ürəyinin üstünə yumruqlar vurdu, dedi ki, xala, dözə bilmirəm (ağlayır). Allah eləməsin, ona bir şey olsa, heç kim onun üçün ağlamasın deyə belə edir. Allaha and olsun, o, ürəyini məndən başqa heç kimə açmır. Nə deyəcəyimi bilmirəm".


Sonxeber.az
Şou-biznes   Baxılıb: 2612   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Fidan Axundova: "12 yaş özümdən balaca oğlanla sevgi yaşayırıq"

"İfa etdiyim, obrazları şəxsiləşdirməyi sevmirəm".. . Bu sözləri "Könül yarası" serialda baş rolu ifa edən aktrisa Fidan Axundova rolu haqda Big.az-a danışarkən deyib:. . "Serialda özümdən 12 yaş balaca oğlanla sevgi münasibətləri yaşayırıq. Mən ifa etdiyim rolları şəxsiləşdirməy

8 noyabr 2018

"Qanınıza bulayacam sizi" - Mirkamil yenə paylaşımları ilə gündəmdə

Müğənni Mirkamil Kamilov yenə sosial şəbəkə paylaşımları ilə diqqət çəkib. . . Son günlər açıqlamaları və paylaşımları ilə gündəmdən düşməyən sənətçi bu hədə hədə-qorxu gəlib. Mirkamil adını çəknədiyi insanlara səslənərək bunları yazıb:. . "Buradan mesajım çatan yerlərə səslənirəm: maşınlarınız

8 noyabr 2018

"Yazıq qadının fotosunu paylaşıb məsxərəyə qoyurdular..." - Aybəniz Haşımova Amaliya Pənahova haqda

"Kaş ki, bu xəbər yalan olaydı.". Bu gün səhəri xalq artisti Amaliya Pənahovanın ölüm xəbəri ilə açdıq. A.Pənahovanın qəfil ölüm xəbəri hamını təəccübünə səbəb olub. Heç sənət dostları da ona nə olduğunu bilmir. . Sonxeber.az "moderator.az"-istinadən bildirir ki, əməkdar artist Aybəni

8 noyabr 2018

"Yəməklərinizdən yedik, kabablarınızdan daddıq, Bakıya heyran qaldıq" - FOTO

Ötən gün Bakıda Türkiyənin məşhur "Dünya Hali" filminin qala gecəsi baş tutub.. . Sonxeber.az axşam.az-a istinadən bildirir ki, Nizami Kino Mərkəzində gerçəkləşən tədbirdə ekran işində rol alan aktyorlar və yaradıcı heyət də iştirak edib.. . Onlar arasında filmin baş qəhrəmanları Murad Dalkılıç

8 noyabr 2018

ATV -nin aparıcısı kökəlib əndazəni aşdı - FOTOLAR

Tanınmış aparıcı Lalə Azərtaşdan xəbər var. . . Aparıcı artıq çəkisi ilə gündəmə gəlib. Belə ki, sosial şəbəkə hesabında fotolarını paylaşan aparıcının kökəlməsi diqqətdən qaçmayıb. Bəzi izləyiciləri Azərtaşa köklüyü yaraşdırsa da, bəziləri tənqid edib.. . Fotoları təqdim edirik:. . . . . . big.az

8 noyabr 2018

Ramaldan Niyama qarşı ŞOK HƏRƏKƏT: "Baqaja atmışıq" - VİDEO - FOTO

ARB TV-nin "Show News" verlişinin növbəti müsahibi müğənni Ramal İsrafilov olub.. . Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, müğənni küsülü olduğu həmkarı, Niyam Salami adını eşidəndə kamera önündə emosiyalarına hakim ola bilməyib.. . Müxbirin Niyam Salami ilə bağlı sualına müğənni fərql

8 noyabr 2018

"Teatrı onun qədər sevən birini görmədim..." - Amaliya Pənahovanın ölümündən sarsıldı

Aktyor Tural Ağayev xalq artisti Amaliya Pənahovanın ölümündən sarsılıb.. . O, sosial şəbəkədə mərhum aktrisanın fotosunu paylaşaraq kədərini bu sözlərlə ifadə edib:. . "Teatrı və teatrla bağlı hər şeyi onun qədər sevən birini görmədim. Allah rəhmət eləsin, gözəl insan".. . big.az.

8 noyabr 2018

Dj Çinadan üzücü xəbər gəldi - VİDEO

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.. . Sonxeber.az bildirir ki, primetime.az-ın əldə etdiyi məlumata görə, qəza bir az əvvəl "Sahil" metro stansiyasının qarşısında qeydə alınıb.. . Belə ki, "Ford Mustang" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındak

8 noyabr 2018

"Yalandan gülürdüm, alqışlayırdım, amma dilinizi bilmirdim" — Manana illər sonra sirri açdı

Əməkdar artist Manana Çaparidzenin milli.az-a müsahibəsini təqdim edirik:. – Manana xanım, Azərbaycana bu qədər sevgi sizdə hardan yaranıb?. . – Mən artıq 23 ildir ki, Azərbaycandayam. 23 il bundan əvvəl Azərbaycan haqqında çox şey bilmirdim. Müğənnilərdən təkcə Zeynəb Xanlarovanı tanıyırdım. Evdə həmiş

8 noyabr 2018