Xərçəng bu gözəl insanı... - Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏR

Xərçəng bu gözəl insanı... - Məşhurlardan Amaliya Pənahova haqda TƏSİRLİ SÖZLƏRXəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova vəfat edib.

Kino aləminin görkəmli nümayəndələri aktrisa ilə bağlı xatirələrini Publika.az-a bölüşüb:

Kinorejissor, ssenarist, Xalq artisti Eldar Quliyev Amaliya Pənahovanın əvəzolunmaz teatr və kino ulduzu olduğunu vurğulayıb:

"Amaliya xanımın vəfatı bizim üçün böyük itkidir. Onunla "Babək" filminin çəkilişləri ərəfəsində tanış olmuşduq. Amaliya xanım bir çox rolların mahir ifaçısı olub. Heç bir aktrisa onun yerini tuta bilməz, hər kəsin öz dəsti-xətti, öz rolu və xarizması var".

Xalq artisti Həmidə Ömərova xəbərin şokundan hələ özünə gələ bilmədiyini deyib:

"Səhər tezdən eşitdim, bu xəbər mənə həddən artıq pis təsir etdi. Heç kim bilmirdi ki, o xəstədir. Bu, deyəsən, iki-üç günün söhbəti olub. Bildiyim qədəriylə o, bir neçə gün əvvəl Akademik Dram Teatrında baş tutan tədbirdə iştirak etmişdi.

Amaliya xanımın istər teatrda, istər kinoda öz yeri var. O, Azərbaycan səhnəsinə ölməz izlər qoyub. Onun özünəməxsus obrazları, danışıq tərzi, səs tembri, insanlarla ünsiyyət qurmaq bacarığı var idi. Allah ona rəhmət eləsin..."

Əməkdar artist Sənubər İsgəndərli:

"Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Mehriban Xanlarova:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyirəm. Allah Rəhmət etsin".

Əməkdar artist Elnur Kərimov:

"Azərbaycan Teatr və Kino tarixində ilklərə imza atmağı bacaran, İlyas Əfəndiyev əsərlərinin əvəzsiz qəhrəmanı, yaratdığı Bakı Bələdiyyə Teatrında aktyorlara diqqət və nəvaziş göstərən, yaş məhdudiyyətinə görə teatrdan uzaqlaşdırılan bir çox sənətkarlara öz teatrında qucaq açan, onlara tamaşaçı sevgisini yaşadan, unudulmaz və hər zaman seçilən səs tembri ilə tarixə qovuşan Amaliya xanım Pənahova, Allah sizə rəhmət etsin".

Əməkdar artist Nərgiz Cəlilova:

"Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Tanınmış aparıcı Hacı Nuran:

"Xərçəng bu gözəl insanı da apardı... Çox pis oldum... Bir qədər öncə tanınmış Azərbaycan teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının Xalq artisti, gözəl insan Amaliya Pənahova vəfat edib. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar! Allah rəhmət eləsin! Söz tapa bilmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2188   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artistinin VƏZİYYƏTİ AĞIRLAŞDI - FOTO

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva xəstəxanaya yerləşdirilib. -a istinadla xəbər verir ki, 78 yaşlı sənətçiyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Xalq artisti üç gündür xəstəxanada olduğunu bildirib:. "Viru

17 mart
.

Alla Puqaçovanın əri ona məbəd tikdirəcək

Alla Puqaçovanın əri Maksim Qalkin ona qotik məbəd tikdirməyi planlaşdırır. xəbər verir ki, məbəd "Qryazi" kəndində cütlüyün qəsri yanında tikiləcək və onunla bir kompleks təşkil edəcək. İçərisi pravoslav kilsə kimi düzələnəcək məbədin qarşısında park salinması nəzərdə tutulub. Qalkin məbəd

22 mart
.

"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova

"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn

23 mart
.

Aygün Kazımova konserti təxirə düşən Röyadan GÖRÜN NƏ YAZDI

"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm". xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röy

23 mart
.

Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar..."

"Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir". Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsin

28 mart
.

Əlikram Bayramov Elgiz Əkbəri ifşa etdi: "Proqramdan əvvəl mənə tapşırdı ki..."

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində aparıcı Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib. -a istinadən bildirir ki, o Elgiz Əkbərin onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən öyrətdiyini, onlara qarşı kəskin sözlər deməsini tapşırdığını deyib. "Verilişə çağırıb

16 mart
.

Nazpərinin bu görünüşü ŞOK ETDİ - ÖZÜNƏ BƏNZƏMİR - FOTOLAR

Nazpəri Dostəliyeva yeni klipi üçün kamera qarşısına keçib. -a istinadla xəbər verir ki, onun çəkilişdən görüntüsünü stilist Babək Qədirov paylaşıb. Xalq artistinin üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Onun estetik etdirdiyini düşünənlərlə yanaşı, videonun effektlə çəkildiyini yazanlar da olub. Əksə

17 mart
.

Məşhur azərbaycanlı meyxançıdan ÜZÜCÜ XƏBƏR: "Aparatla yaşayıram" - VİDEO

Lənkəranlı meyxançı Elnur Valehə yaxın zamanlarda böyrək köçürüləcək. " "ə istinadən bildirir ki, o, bu barədə "El canlı" verilişinə qonaq olarkən bildirib. Meyxanaçı qeyd edib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirərək yaşayır:. "Böyrək çatışmazlığından əziyyə

16 mart
.

Mananadan anası ilə bağlı paylaşım

Əməkdar artist Manana Çaparidze anası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi ad günü olan anasının fotolarını yayımlayaraq, bun ları yazıb:. "Ürəyim, nəfəsim, əzizim, mənim misilsiz anam. Ümid yerim, gözümün işığı, ən mehriban, nəcib, həyatımın mənası, ən sadiq, güclü, düzgü

27 mart