"Paşinyanın hakimiyyəti qanunsuzdur" - "Yarımçıq inqilab"ın son mərhələsi

"Paşinyanın hakimiyyəti qanunsuzdur" - "Yarımçıq inqilab"ın son mərhələsiNikol Paşinyan Ermənistanda hakimiyyəti qanunsuz şəkildə, zorla ələ keçirib. Bu azmış kimi, verdiyi vədlərə və elə özünün təklif ilə hökumət proqramında yazılanlara əməl etməyib. Bu isə açıq şəkildə göstərir ki, Ermənistan xalqının hisslərindən yenə də manipulyasiya aləti kimi istifadə olunur.

Sonxeber.az azvision.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın "Milli özünütəyin birliyi" partiyasının sədri Paruyr Ayrikyan bu gün jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Paşinyanın baş nazir olaraq yazılı şəkildə xalqa təqdim etdiyi və parlament tərəfindən də təsdiqlənən öz hökumət proqramının müddəalarına zidd getməsi əslində, qanun pozuntusudur. Və nədənsə, Paşinyanın təkhakimiyyətliliyinə hesablanan bu pozuntuya göz yumulur, xalqa qorxu hissi aşılanır.

"Paşinyan hökumətinin proqramında yazılıb ki, növbədənkənar parlament seçkiləri bir ildən sonra və yeni Seçki Məcəlləsinin qəbulu ilə keçirilməlidir. Amma reallıqda bunların heç biri yoxdur. Parlament qarşısında təşkil edilən mitinqin məqsədi cəmiyyətdə bir vahimə, çaxnaşma yaratmaqla dekabrda növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq idi".

Ayrikyan onu da xatırladıb ki, hələ Serj Sarkisyanın dövründə müxalifətdə olan Paşinyan Avrasiya İqtisadi İttifaqı strukturlarına inteqrasiyaya şiddətlə qarşı çıxırdı, "amma indi bu İttifaq nədənsə Paşinyan üçün dünyada ən yaxşı təşkilata çevrilib. Bundan başqa, bir neçə ay əvvəl o, oliqarxlarla mübarizə elan edib və indi ortaya çıxır ki, sən demə Ermənistanda oliqarx yoxdur. Adam gərək özünün təklif etdiyi proqrama və sözlərinə sədaqətli və dürüst olsun".

Erməni siyasətçiyə görə, Paşinyan gözdən pərdə asmaqla xalqın milli hisslərindən öz şəxsi ambisiyaları üçün istifadəni davam etdirərsə, çox keçmədən elə onun özünün adlandırdığı kimi, "yarımçıq inqilab" Paşinyanın sıfır etibarla siyasi səhnədən birdəfəlik uzaqlaşdırılması ilə tamamlanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1998   Tarix: 08 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel