Azərbaycanlı keçmiş polis: Poçt qutusunu divardan qoparıb başına çırpdım

Azərbaycanlı keçmiş polis: Poçt qutusunu divardan qoparıb başına çırpdımMoskvada qadını liftdə qəddarlıqla qətlə yetirməkdə şübhəli bilinən Rövşən Şabanov ötən çərşənbə axşamı başqa bir quldurluq əməli üstündə tutulub. Azərbaycanlı cinayətkarı tutmağa isə onun hücum etdiyi qadın müyəssər olub – o, quldura poçt yeşiyi ilə cavab verib.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, noyabrın 8-nə keçən gecə 31 yaşlı Teona adlı qadın rəfiqəsinin ad günündən evinə qayıdırmış. O, özəl şirkətlərdən birində hüquqşünasdır. Bir neçə il əvvəl ərindən boşanıb və 7 yaşlı oğlunu təkbaşına tərbiyə edir.

"7 saylı binanın qarşısındakı uşaq meydançasından keçəndə hiss etdim ki, məni izləyirlər. Lakin buna əhəmiyyət vermədim. Yalnız bloka daxil olanda təhlükənin yaxında olduğunu duydum – arxamca şübhəli bir şəxs qapıdan sivişib keçdi", - Teona deyir.

Zərərçəkmiş blokun giriş qapısını bağlamağa cəhd edib ki, tanımadığı şəxs küçədə qalsın. Lakin o, ayağını qapının arasına qoyaraq, içəri keçə bilib. İçəri keçən kimi qadından pul tələb edib.

"Təbii ki, pulumun olmadığını dedim və onu itələməyə çalışdım. O isə əlini bıçağa ataraq məni öldürəcəyini bildirdi. Bir qədər çaşdım, sonra isə liftə daxil ola bildim, lakin imkan vermədi ki, lift yerindən tərpənsin", - zərərçəkmiş qadın söhbətinə davam edir.

Xilas olmaq üçün Teona quldurun gözləmədiyi tərzdə divardan poçt yeşiyini qoparır və onu hücum edən şəxsin başına çırpır. O, özünə gələnə kimi yaxınlıqdakı mənzilin zəngini basır və polis çağırmağı xahiş edir. Lakin quldur cəsur qadının çantasını ələ keçirə bilir və aradan çıxır. Teona onun dalınca yüyürür. Qadın caniyə çatıb, onu gödəkçəsindən tutduğu an ayağı dolaşır və yerə yıxılır.

"Bu əclafın üzündən dizlərim qan içində idi! O, mənə normal adam təsiri bağışlamadı. Ondan spirt iyi gəlirdi, gözləri isə vəhşi gözləri idi. Rusca danışmırdı", – zərərçəkmiş hekayəsini bitirib.

Yerdə uzanmış və əsəbindən ağlayan qadına patrul avtomobili yaxınlaşıb. Polis əməkdaşları əlamətlərinə görə cinayətkarı cəmi beş dəqiqəyə yaxalayıblar. Onun şəxsiyyəti müəyyənləşdirilərkən məlum ki, bu Azərbaycandan gəlmiş 26 yaşlı Rövşən Şabanovdur. Azərbaycanlının cibindən oğurladığı 10 min rubl və qadının dəyəri 73 min rubl olan, artıq sınmış telefonu aşkarlanıb. Bildirilir ki, vətənində Rövşən qaçqın statusuna malikdir və Rusiyaya daha yaxşı həyat dalınca gəlibmiş.

Mənbə qeyd edir ki, Teona ona hücum etmiş şəxsin bundan əvvəl əczaçı qadını öldürdüyünü sonradan öyrənib. Əgər bunu əvvəlcədən bilsəydi, çətin ki, çantasını müdafiə etmək üçün bu cür cəsur davranardı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3929   Tarix: 09 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart