Mirkamil Kamilov xəstəliyi haqqında ŞOK FAKTLARI üzə çıxardı: "Həkim mənə 7 morfin iynəsi vurdu"

Mirkamil Kamilov xəstəliyi haqqında ŞOK FAKTLARI üzə çıxardı: "Həkim mənə 7 morfin iynəsi vurdu""Mənə qarşı düşmənçiliklər səngimir. Dövlətimizdən, bütün prokurorluqdan, Daxili İşlər Nazirliyindən və bütün böyüklərimizdən xahiş edirəm ki, Şamaxıda doğulduğum xəstəxanada sənədlərim və arxivim araşdırılsın. Ciddiyəm. Bu düşmənçiliyin arxasında doğmalarım varsa belə, bağışlayıram. Bütün bacılara canım qurban, mən 3 bacı itirmişəm və bununla bağlı Şamaxı xəstəxanasından məlumat istəyirəm. Əgər bilə-bilə öldürüblərsə, yenə də Allah rizası üçün bağışlayıram. Amma bilim ki, niyə indiyə qədər mənə qarşı belə düşmənçiliklər ediblər".

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri son günlərdə sosial şəbəkələrdə qəribə statusları ilə diqqət çəkən müğənni Mirkamil Kamilov yazıb. Sənətçi daha sonra xəstəliyi haqqında dəhşətli faktların üstünü açıb. O, bildirib ki, həkim ona narkotik asıllığı yaradan 7 morfin iynəsi vurub:

"2013-cü ildə İranda mənə 7 morfin vurulmağında kimlərin əli olduğunu dövlətimizdən araşdırmasını istəyirəm və xahiş edirəm. Çünki əməliyyatda olduğum vaxt iranlı bir biznesmen qiyməti aşağı salmağa gəlmişdi. O insan kim tərəfindən oraya göndərilmişdi, həkimlə nə danışığı olub ki, həkim mənə 17 min dollar endirim edib? Bildiyiniz kimi, İranda xarici vətəndaşlara üçqat qiymət oxunur. Xeyir ola ki, mən azərbaycanlı ola-ola həmin həkim biznesmenlə söhbətdən sonra bu qədər endirib edib. Tehranın mərkəzində yerləşən xəstəxananın adı Kesradidir. Xahiş edirəm ki, araşdırılsın görüm ölümümü hansı doğmam əyləncəli şəkildə seyr etmək niyyətində olub. Bəlkə də vaxtı ilə bacılarımı da xəstəxanada öldürtdürüblər. Arxiv araşdırılsa, cinayətin arxasında kimlər varsa, üzə çıxacaq. Xalqın içindən gəlmişəm, çobanam, amma bilmək istəyirəm ki, nə səbəbə ölümüm bu qədər macəralı olub o insanlara".

İfaçı daha sonra bildirib ki, onun səhhətinə zərər verənləri məhkəməyə verəcək:

"Demişdim ki, dəyən ziyanları çatdırın, çatdırsaydınız, bu söhbət bu qədər uzanmayacaqdı. İndi həmin insanların bank hesablarını donduracağam. Artıq film başladı. Həkimin adı Mandeqardidir, özü də farsdır. Demişdim ki, ölümünə də olsa, bu işin axırına çıxacağam. Bağışlayacam, amma hərənizə bir patron hədiyyəm olacaq. Bir çox cinayətlərin üstü açılacaq, xahiş edirəm ki, dəstək olun, görək bu vətən xainləri, satqınlar kimlərdir..."

Qeyd edək ki, "Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov gənc ifaçı "mirkamilofficial" adlı hesabında müxtəlif mövzularda - "vor"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb. Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3252   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib. Axşam.az xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosia

24 mart
.

Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO

Rəqqasə Rəna Ağamuradova (Renka) avtomobili ilə yol-nəqliyyat hadisəsinə uğrayıb. xəbər verir ki, bu barədə o "Instagram" hesabında məlumat yayıb. Rəna avtomobilinin fotosunu paylaşaraq bunları yazıb:. "Gecə məni bir xanım vurdu. Uşağıma sürpriz etməyə gedirdim. Saat 12-də ad gününə getmə

18 mart
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25 mart
.

Nazpərinin bu görünüşü ŞOK ETDİ - ÖZÜNƏ BƏNZƏMİR - FOTOLAR

Nazpəri Dostəliyeva yeni klipi üçün kamera qarşısına keçib. -a istinadla xəbər verir ki, onun çəkilişdən görüntüsünü stilist Babək Qədirov paylaşıb. Xalq artistinin üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Onun estetik etdirdiyini düşünənlərlə yanaşı, videonun effektlə çəkildiyini yazanlar da olub. Əksə

17 mart
.

"İki bayramı birgə qeyd edirik" - Fotolar

Müğənni Elnur Məmmədov yeni doğulan övladı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, oğlu Muhammədin üzünü gizlətdiyi şəkilləri sosial şəbəkədə paylaşan sənətçi bunları yazıb:. "Bu gün Muhammədin 40 günü tamam oldu. İki bayramı birgə qeyd edirik. Novruz bayramımız da mübarək". Qey

20 mart
.

"Gah "tanış olaq" yazır, gah da məni sevdiyini..." - Kamil

Tanınmış fitnes müəllimi Kamil Zeynallının -a müsahibəsini təqdim edirik:. - Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?. - Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stres

16 mart
.

Aygün Kazımova konserti təxirə düşən Röyadan GÖRÜN NƏ YAZDI

"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm". xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röy

23 mart
.

Mananadan anası ilə bağlı paylaşım

Əməkdar artist Manana Çaparidze anası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi ad günü olan anasının fotolarını yayımlayaraq, bun ları yazıb:. "Ürəyim, nəfəsim, əzizim, mənim misilsiz anam. Ümid yerim, gözümün işığı, ən mehriban, nəcib, həyatımın mənası, ən sadiq, güclü, düzgü

27 mart
.

69 yaşlı Ceki Çanın son görüntüsü - TANINMAZ HALDA - FOTO

70 yaşa yaxınlaşan Ceki Çanın son görüntüsü yayılıb. xəbər verir ki, kino ulduzunun son halı pərəstişkarını xeyli kədərləndirib

17 mart