Məcburi köçkünlərin məskunlaşdığı binada SİLAHLI İNSİDENT : YARALI VAR

Məcburi köçkünlərin məskunlaşdığı binada SİLAHLI İNSİDENT : YARALI VARBakıda silahlı insident olub.

Sonxeber.az report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.

Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Cəfərovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib.

Hadisə   Baxılıb: 982   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR