İran tarixində BİR İLK: 500 qadın stadionda...

İran tarixində BİR İLK: 500 qadın stadionda...İranda 39 il sonra bir ilk gerçəkləşib.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, qadın azarkeşlərə matçı tribunadan izləmək icazəsi verilib.

Paytaxt Tehranın "Azadi" (Azadlıq) stadionunda Asiya Çempionlar Liqasının final turu cavab görüşü çərçivəsində İran təmsilçisi "Persepolis" Yaponiyanın "Kaşima Antlers" komandasını qarşılayıb.

Ölkənin ən çox azarkeşinə malik "Persepolis" üçün tribunada 80 000 futbolsevər olub. Onların arasında 500-ə yaxın qadın da öz yerini alıb. İranın İSNA xəbər agentliyinin məlumatına görə, qadınlara tribunada 850 nəfərlik yer ayrılıb. Qadınlar arasında azarkeşlərlə birgə futbolçuların yaxınları, qadın futbol komandasının üzvlərinin olduğu da iddia edilib.

Bu isə 1979-cu ildən sonra İran tarixində bir ilk olub. Qeyd edilən tarixdə baş tutan İslam inqilabından sonra qadınlar kişilərin olduğu turnirlərdə iştirak etmirdi.

Məlumat üçün bildirək ki, Asiya Çempionlar Liqasının final matçı 0:0 hesabı ilə bitib. Final turunun ilk oyununda rəqibini 2:0 hesabı ilə üstələyən yapon təmsilçisi bu hesabla liqanın çempionu olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1190   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yanğın baş verib. -in Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Mehmet Akif məhəlləsi Bahariye küçəsində yerləşən xalça fabrikində qeydə alınıb. Hadisə yerinə ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən, polis və tibb qrupları cəlb edilib. İddialara görə

29 mart
.

"Alatoranlıq" filminin ulduzu ata olub - FOTO

Britaniyalı aktyor Robert Pattinson ata olub. Bir gün əvvəl "Alatoranlıq" filminin ulduzu jurnalistlər tərəfindən yeni doğulmuş körpəsilə gəzinti zamanı çəkilib. Uşağın anası aktyorun sevgilisi, model Suki Uoterhausdur. O, sonuncu dəfə fevralın 24-də ictimaiyyət qarşısında görünüb. Yeri gəlmişkən

27 mart
.

Ronaldo 2,2 milyon dollarlıq fantastik avtomobillə göründü - VİDEO

"Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni "Ferrari" avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan "Daytona SP3" sürərkən görüntülənib. "Ölkə.az" xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kriştianodan başq

28 mart
.

Özlərini vəkil kimi təqdim edərək, vətəndaşın pullarını mənimsədilər: Nə az, nə çox 500 min

Özlərini vəkil kimi təqdim edən 5 nəfər insanlarınpullarını mənimsəyib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Manisada özlərini vəkil kimi təqdim edən 5 nəfər müxtəlif tarixlərdə bir vətəndaşı aldadıb. Onlar bu yolla ümumilikdə 500 min TL-ni mənimsəyiblər. Manisada vətəndaşda

28 mart
.

"Crocus" teraktında şübhəli bilinən şəxslə bağlı YENİ MƏLUMAT

Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən Alişer Kasımovun bir neçə kafesi var. xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Həmçinin son məlumatlara görə, Kasımova aid "Çayxana" kafesi hazırda möhürlənib

28 mart
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

29 mart
.

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni "varlılarının paytaxtı" olub. xarici KİV-ə istinadla bildirir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsini

28 mart
.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart
.

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla

27 mart