Zamirənin itinə baxan qadının açıqlamaları və ingilis jurnalistlərlə Azərbaycan söhbəti – Fotolar

Zamirənin itinə baxan qadının açıqlamaları və ingilis jurnalistlərlə Azərbaycan söhbəti – Fotolar"İti mənə təcili vermələrindən nəsə baş verdiyini anlamışdım. Nə olub xanıma, o yaxşıdır?", – deyə 8 ildir Zamirə Hacıyevanın "Pomerants" cinsindən olan itinə baxan qadın soruşur.
Özünün dediyinə görə, o, mütəmadi olaraq iti gəzdirmək üçün evə gəlir, əvəzindəsə, hər saat üçün 15-20 funt-sterlinq alır. Deyir ki, son zamanlarda itə daha çox baxmağına görə heç artıq pul da almayıb. "Çox yaxşı qadındır", – deyə o, əlavə edir.

Əlbəttə ki, onun "Harrods"dan və xərclənən 16 milyondan xəbəri yoxdur. Heç bizim bunu ona deməyə vaxtımız da olmur. "Elə bilərlər ki, sizə məlumat verirəm", – deyir birdən-birə və yanında gəzdirdiyi başqa bir evə aid olan iti götürərək, sürətli addımlarla bizdən uzaqlaşır.

Yanımda 1993-cü ildən müxtəlif Britaniya nəşrlərində fotoqraflıq edən Peter bu sahədə daha təcrübəsiz olduğum üçün mənə izahat verir: "Bax lazım olanda biz belə şeyləri də xəbərin altında yazırıq. Bunu yazsaq böyük ehtimalla qadının işinə son verəcəklər. Ancaq nə etmək olar, bu, jurnalistikadır, biz öz işimizi görürük. İnsanlardan bu şəkildə məlumat qopardırıq".

Qadınla söhbəti başladan elə Peter olur. Ona çəkdiyi şəkli göstərir, qadın çox bəyənir, emailinə atmağını istəyir, ancaq o, birdən-birə fikrindən daşınıb, uzaqlaşır.

Londonun məşhur "Harrods" alış-veriş mərkəzinə üç dəqiqəlik yerimə məsafəsindəki Zamirə Hacıyevanın evinin qarşısındayam. Daha doğrusu, evlərinin… Yan-yana iki evə sahibdir, Zamirə Hacıyeva bu bahalı küçədə…

İnsanın əvvəlcə heyrətlənməyi gəlir, yəni həqiqətən də iki ev? Sonra isə düşünürsən ki, niyə də yox? 16 milyonu "Harrods"da xərcləməyə imkanı olan şəxsin niyə də yan-yana iki evi olmasın?

Yanımda mənimlə birgə gözləyən 3 ingilis jurnalistlə söhbət edirik, ara-sıra… Onlar ilk dəfədir ki, azərbaycanlı jurnalist görürlər. Azərbaycan haqqında eşitsələr də, ölkəmizin xəritədə tam harda olması haqqında suallar verirlər, oradaki həyat barədə soruşurlar.

Mən də ilk dəfə belə qapılarda saatlarla gözlədiyim üçün onlardan məni maraqlandıran suallar soruşuram. Jurnalistlərdən biri "Daily Telegraf"da işləyir, biri müxtəlif qəzetlərə çəkdiklərini satır.

Əvvəlcə itini gəzdirərkən Zamirə Hacıyevanın fotolarını necə çəkdikləri ilə maraqlanıram. Peter deyir ki, həmin gün ancaq bir fotoqraf fotonu çəkə bilib: "Həmin fotoqraf yemək üçün maşına getmişdi, digər iki fotoqraf da kənarda bir-birlərinə nəsə göstərirdilər. Onlar Zamirənin gəldiyini görməyiblər. Maşının içindəki fotoqraf elə sakitcə həmin fotonu çəkib. Həmin gün ondan başqa bütün fotoqraflar əliboş qayıdıblar".

İngilis fotoqrafın avtomobilin içərisindən çəkdiyi foto…
Mənimlə birgə pusquda olan ingilis jurnalistlərin günlük məvacibinə gəlincə isə, "freelance" olaraq işləyənlər hər gün üçün 60-70 funt alır. Həmin gün foto çəksələr də, çəkə bilməsələr də…

Mənim geyim tərzimin səhv olduğunu, əynimə geyindiyim paltarın, ayaqqabının, gödəkcənin isə soyuq keçirdiyini başa salır, Peter… Elə bir saat gözləməmiş, ayağımdan gələn soyuqla Peterin nə demək istədiyini başa düşürəm.

Ümumiyyətlə, Peter jurnalistlərin arasında ən çox danışanı çıxdı, o birilərlə bir neçə kəlimə danışırq. Görünür Peter, uzun müddət soyuqda obyekt gözləməyi belə ötüşdürür, öz aləmində… Yolda bizi əlimizdə fotoaparatlarla görən insanların burada hansı məşhurun yaşaması haqqındaki suallarını da elə hər dəfə öz üslubunda maraqlı bir şəkildə cavablandırır. Mənə isə, aparatım haqqında yaxşı məsləhətlər verir, bir az da "doorstepping" haqqında danışır. Yəni qapı ağzında gözləmək taktikası barədə…

Mənə maraqlı gəlir, görəsən, onun çox yox, bir milyon poundu olsa, nə edərdi? "Əminəm ki, gedib, "Harrods"dan özünə bahalı saatlardan alardın", – deyə zarafatlaşıram.

Gülür, sonra köynəyinin qolunu açıb, biləyini mənə göstərir: "Bax, mən heç saat taxmağı xoşlamıram".

"Heç bu qədər pulumun olmasını da istəməzdim. Pul xoşbəxtlik gətirmir ki!", – deyir, "Daily Telegraf"ın fotoqrafı… Onun sonrakı qeydi isə qorxuncdur: "Bir kişi var idi, lotereyada milyonlar udmuşdu, bir neçə ilə ailəsinin bütün fərdlərini itirdi".

Peter isə qayıdıb məndən soruşur ki, "bəs sən nə edərdin?" Mən də deyirəm ki, "özümə London ətrafından 300 minə bir ev alardım. Qalanını da nə etmək lazım olduğunu isə sonra fikirləşərdim".

Bu sözümü eşidib, Peter ərinmədən telefonunu açır, başlayırıq mənə ev axtarmağa, 3-4 otaqlı evlərə baxırıq, müzakirələr aparırıq. Hava soyuqdur, artıq saatlardır ki, yerimizdən tərpənmədən, yemək yemədən hər gəlib-gedən maşının içinə baxırıq. Gözlərimiz isə onu axtarır.

Mən saat 12-dən gəlsəm də, onlar səhər 6.30-dan məşhur evin qarşısında Zamirə Hacıyevanı gözləyirlər. Görünür, Zamirə xanım evdən biz gəlməzdən əvvəl çıxıb.

Saat 4-ə yaxınlaşır, hamı öz redaktoruna zəng edir, Zamirə xanımın hələ də ortalıqda olmadığını deyirlər. Birdən Peterin telefonuna son dəqiqə xəbəri gəlir: "Britaniyanın nəqliyyat naziri Jo Jonson istefa edib".

Peter bunu təcili "Daily Teleqraf"ın jurnalistinə deyir. O, tez-tələsik sağollaşıb, maşınına qaçır və gedir. Jo Jonsonu tapıb, isti-isti fotosunu çəkməyə…

Mən hələ də gördüklərimə inanmayaraq soruşuram ki, o, doğurdan da o getdi?

"Hə, o bugün Jo Jonsonun fotosunu çəksə, Zamirənin fotosundan daha çox pul alacaq. Yəqin bilir ki, onun evi hardadır. Ora gedir, indi…"

Elə onun getməsindən yarım saat sonra, hava daha da qaralır, digər jurnalistlər də gedirlər. Mən isə bir az da gözləyəcəyimi deyirəm.

Zamirənin evinə girən, kimliyi məlum olmayan gənc xanım…
Evə əlində çamadan olan cavan bir qız gəlir, köməkçisi evə girməmiş çamadanı aşağı aparır. Qızın kim olduğunu bilmirəm, ancaq içəri girən kimi evdəki itin qızın üstünə atılmasından və "Chanel" markalı çantasından bu qızın Zamirə Hacıyeva ilə ən azından yaxın qohum ola biləcəyini ehtimal edirəm.

Hava qaralır, 5-6 saat ac-susuz qaldığım, hazırlıqsız gəldiyim üçün artıq yorulduğumu hiss edirəm. Məhkəmə qərarına görə, Zamirə xanım axşam saat 9-a qədər evə gəlməlidir. Həmin vaxta hələ üç saat qaldığı üçün onun nə vaxt dönə biləcəyinə əmin ola bilmirəm. Həm də digər fotoqraflar da gündüz çəkilən fotonun daha yaxşı olduğunu deyirlər.

Mən də bir az sonra "Harrods"a doğru addımlayıram. Artıq şəhər "Christmas"a görə öz rəngli işıqlarına bürünüb. "Harrods"ın rəngli vitrinləri insanı bir başqa cür valeh edir, müştəriləri özünə çəkir. Görəsən, Zamirə Hacıyeva hər dəfə buradan keçəndə nə hiss edir?

Bu arada mən də səhəri gün, polis məntəqəsinin qabağında Zamirə Hacıyevanın fotosunu çəkə bilirəm. Ancaq üzünü bağlayır. Elə bil, iki gündür ki, onu saatlarla gözlədiyimi hiss edib və acığını bu şəkildə çıxır məndən…

(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2183   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021