Deputat 25 yaşlı gəncin "cin çıxarma" məqsədilə öldürülməsindən DANIŞDI

Deputat 25 yaşlı gəncin "cin çıxarma" məqsədilə öldürülməsindən DANIŞDIXəbər verdiyimiz kimi, Şabran rayonunda "cin çıxaran" şəxslər 25 yaşlı Murad Soltanovu nar çubuğu ilə döyərək öldürüblər. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Deputat 25 yaşlı gəncin "cin çıxarma" məqsədilə öldürülməsindən DANIŞDIBununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, müvafiq orqanlar bu sahədə tədbirləri artırmalıdırlar:

"Hərəkət normaları deyilən bir anlayış var. O normalara uyğun davranılmalıdır. Hər bir hadisəyə görən qanun qəbul olunmur. Bu cür neqativ hallar var. Təbii ki, bu xoşagəlməz bir hadisədir. Hüquq mühafizə orqanları tərəfindən statistik məlumatlar toplanır ki, hansı sahədə daha çox problemlər var. İlk öncə ayırd edilməlidir ki, bu hadisə ehtiyatsızlıqdan baş verib, yoxsa qəsdən. İnsanların öldürülməsi cəmiyyətdə narahatçılıq doğurur. Müvafiq orqanlar bu sahədə tədbirləri artırmalıdırlar. Düşünürəm ki, müəyyən problemlərin yaranmaması üçün bu cür insanlara qarşı profilaktik tədbirlər artırılmalıdır".

Deputat 25 yaşlı gəncin "cin çıxarma" məqsədilə öldürülməsindən DANIŞDIPsixoloq Vəfa Fərəc bildirib ki, 25 yaşlı gənci döyərək öldürən həmin 6 nəfərin psixiatra ehtiyacı var: "Gəncin problemi var idisə sağlam düşüncəli insanlar onu həkimə aparmalı idi. O, həkim də gəncin probleminə uyğun psixoloqa və ya digər mütəxəsisləri məsləhət görə bilərdi. Bu insanlar özlərinin yalnış təfəkkürləri ilə bu cür addım atıb və sonunu düşünməyiblərsə onlar üçün artıq psixiatrlıq bir haldır. Düşünürlər ki, təfəkkür və düşüncə çatışmazlığından əziyyət çəkirlər. Bu cür düşüncələr keçmişdə qalıb. Qeyd edib ki, keçmişdə ideologiyalar və dini inanclar çox idi. Hazırda insanlara dəqiq elmlərlə yardım edilir. Düzdür hələlik inkişaf gedir. Amma bəzi insanlar hələ də keçmiş təfəkkürlə yaşayırlar. Təəssüf ki, cəmiyyətdə bu cür insanlar çoxdur və onlar dar düşüncədən əziyyət çəkirlər. Mən bu xəbəri eşidəndə çox təəssüfləndim. Görünür ölən gəncin hansısa nevroloji problemləri olub. Amma düşünürəm ki, onu cin çıxartma adı ilə döyərək öldürənlərin psixatrlıq problemləri var. İnsanlar çox vaxt bu cür hadisələrin işıqlandırılmasından qorxur. Düşünürlər ki, bu dinə və inanclara zərbə vura bilər. Amma bu insanlar maarifləndirilməlidir ki, cahilliyin gətirib çıxaracağı nöqsanları görsünlər. Biz maarifləndirici tədbirlərin sayını artırsaq düşünürəm ki, cəmiyyətimizdə bu cür cahil düşüncəli insanların sayı kifayət qədər azalar".

Deputat 25 yaşlı gəncin "cin çıxarma" məqsədilə öldürülməsindən DANIŞDIİlahiyyatçı alim Əkrəm Həsənov söyləyib ki, bu kimi hallar insanların savadsızlığından, cəhalətindən irəli gəlir: "Ümumiyyətlə, hər bir insan istər psixoloji, istər ruhi, istərsə də bədəni xəstəliklərlə qarşılaşdıqda həmin sahədə olan həkimə müraciət etməlidir. Çünki bildiyimiz kimi əgər savadlı həkim olarsa əsəbləri, psixologiyanı müalicə etmək mümkün olur. Yəni, bunun üçün "Quran Kərim" oxuyaraq, dua edərək kimisə döyməzdən və özünü döyülməyə şərait yaratmazdan əvvəl həkimə müraciət edilməlidir. Əgər həkimlər bu cür xəstəliyi müalicə edə bilməsə o zaman dünyada məşhur olan özü-özünü sağaltmaq, mümkün qədər özü üçün Allaha dua edib kömək istəmək, yaxud da qəlbinin rahatlaşması üçün "Quran Kərim" dinləmək olar. Hətta bir çox Avropa ölkələrində musiqi ilə, təbiət səsləri ilə də əsəbləri müalicə etmək mümkün olur. Bir sözlə insan xəstələndikdə həkimə müraciət etməlidir. O ki, qaldı islam dinində məşhur olan rüqyə ilə müalicə etmək, əlbəttə bu mövzu barədə saysız hesabsız kitablar yazılıb. Müalicə edən şəxs sadəcə xəstəyə "Quran Kərim" ayələrində, hədislərdə bildirlən dualar edərək onun əsəblərinin düzəlməsinə səbəb ola bilər. Yoxsa ki, hansısa bir cin formalaşdırıb onun bədəndə olmasını deyərək xəstəni döyüb öldürmək əlbəttə cinayətdir. Buna görə də islam alimləri yekdil qərara gəliblər ki, belə psixoloji xəstə olan insnaları hər kəs müalicə etməməlidir. Onu müalicə edən şəxs çox mükəmməl tibb elminə və şəriət elminə sahib olan şəxs olmalıdır. Yoxsa ki, indi dəb düşüb kim "Quran Kərim"dən nəsə oxuya bilir, iddia edir ki, mən bədənə girən cini çıxara bilirəm və belə iddia ilə bir çox avamları aldadıb onlardan küllü miqdarda pul alırlar, nəticə isə heç zaman həmişə yaxşı olmur. Belə dələduzlara aldanmaq olmaz".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1498   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021