"Putinin əlində Paşinyanla bağlı konkret faktlar var"

"Putinin əlində Paşinyanla bağlı konkret faktlar var""Ermənistanın post-sovet məkanında məğlubiyyətə düçar olması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki beynəlxalq aləmdə Ermənistana təzyiq edilmir. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistana təzyiq rıçaqları çox güclüdür".

Bunu Azsision.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib. O, qeyd edib ki, Ermənistan KTMT-dəki məğlubiyyətin acısını hələ çox çəkəcək:

"KTMT-nin Astana sammitində Ermənistanın, ilk növbədə Nikol Paşinyanın öz istəyinə nail olmamasının bir neçə məqamı var. KTMT-də əsas söz sahibi Rusiyadır. Amma, lap əvvəldən həm Qazaxıstan, həm də Belarusun özlərinin xüsusi yanaşmaları var. Belə deyərdim ki, KTMT-nin daxilində Rusiyanın hegemonluğuna qarşı yeri gələndə müxalif mövqeyini qoyan dövlətlər Qazaxıstan və Belarusdur. Bu mənada Ermənistanın KTMT-ni özünün arzuları müstəvisinə çevirməyə çalışması, Rusiyanın Ermənistana ərköyün balası kimi baxması heç vaxt onların xoşuna gəlməyib. Ümumən rusiyalı general Nikolay Bordyujadan sonra Yuri Xaçaturovun bu posta əyləşdirilməsi bu iki dövlət tərəfindən birmənalı qarşılanmırdı. Çünki Rusiya faktiki olaraq baş katib postuna öz adamını oturdurdu".

S.İskəndərov bildirib ki, artıq KTMT-də Ermənistanın şıltaqlığı ilə oynamq istəmirlər: "Paşinyan deyirdi ki, bu postda erməni, özü də onun dediyi şəxs oturmaldıır. Bu da o mənaya gəlir ki, sabah Ermənistanda başqa biri hakimiyyətə gələsə, deyəcək ki, bu posta başqa erməni oturmalıdır. Bunu nə Qazaxıstan, nə də Belarus prezidentləri həzm edə bilərdilər. Onlar Ermənistanın şıltaqlığı ilə məşğul olmaq istəmirlər. Belə bir mənzərənin ortaya çıxması məhz bu anlama gəlir ki, şans verilmişdi, dəyərləndirərdiniz".

Politoloq əlavə edib ki, baş verənlər Rusiyanın da maraqlarını təmin edir: "Əgər Moskva istəsəydi, Belarus və Qazaxıstanla dil tapa bilərdi. Amma Rusiya bunu istəmədi. Çünki bununla Putin Paşinyanı cəzalandırmaq istəyir. Yəni Putində konkret faktlar var ki, Paşinyanın oyunbazlığının arxasında Qərb durur və bunları məhz onların istəyi ilə etdiyindən əmindir. Başqa bir məqama diqqət edək. KTMT Rusiyanın NATO-sudur. Putin necə razılaşa bilər ki, bu hərbi təşkilatın başında Paşinyanın adamı olsun? Bu azmış kimi Paşinyan Qərbin layihəsi kimi Ermənistanın rəhbərliyində oturdulub. Bunun özü Rusiya üçün böyük baş ağrısına çevrilə bilər. Bu da yolverilməzdir ki, KTMT-nin baş katibi postunda Paşinyanın, əslində isə Qərbin adamı otursun. Nəticə budur, baş verənlər Ermənistanın məğlubiyyədir".

S.İskəndərovun sözlərinə görə, bu məğlubiyyətlə Ermənistana möhkəm qulaqburması verilib ki, ağıllı olsunlar: "Paşinyanın tullanıb-düşməsinə baxmayaraq, Qazaxıstan və Belarus Ermənistana qulaqburması verdilər. Rusiyanın Ermənistan tərəfini müdafiə etməməsi də ikinci qulaqburması idi. Çünki Rusiyada Ermənistanın şıltaqlığından təngə gəlib. Onsuz Ermənistanın bu qurumda elə bir nüfuzu yox idi. Buyruq qulu idi. İndi isə Paşinyanın kor-koranə adımları Ermənistanın nüfuzunu "plintus"dan da aşağı səviyyəyə endirdi".

Politoloq, həmçinin deyib ki, bu məsələdə Moskva güclü oyun oynayır: "Rusiya Ermənistanı belə aşağılaya-aşağılaya, diktə altında məcbur edəcək ki, Azərbaycan təşkilatda müşahidəçi statusu alsın. Düşünürəm ki, bu məsələ də tezliklə həllini tapacaq. Çünki bundan sonra Ermənistanın mövqeyi qulaqardına vurulacaq".

"Baş verənlərdən sonra Ermənistan təşkilatdan uzaqlaşa bilərmi" sualına politoloq belə cavab verib: "Bəzən deyilir ki, Ermənistan bu məqamdan istifadə edib təşkilatdan uzqlaşacaq. Yəni bunu oradan uzaqlaşmaq üçün edir. Amma bunun baş verəcəyini düşünmürəm. Birinci buna Ermənistanın cürəti çatmaz. İkinci Rusiya imkan verməz. Rusiya bundan sonra da Ermənistanı qapısında zəncirli it kimi saxlayacaq. Nəticə belə olacaq ki, Ermənistan əvvəlkitək blokun aparıcı siyasi fiqurlarının tələbinə əməl edəcək. Çünki başqa çıxış yolu yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2071   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart