Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ

Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQHəkimlər stressli və gərgin həyat tərzi sürən insanların dərilərinə lazım olduğundan daha çox diqqət göstərmələrini məsləhət görürlər. Dəriyə qulluq həm də gənc görünüşün təminatıdır. İlk növbədə mağazalardan alınan kosmetik məhsulları kor-koranə istifadə etmək olmaz.

Böyük ehtimalla dəri baxımınıza kifayət qədər, bəlkə də heç vaxt ayıra bilmirsiniz. Kosmetika mağazasına gedib bir çox məhsullar alırsınız, bir neçə gün nizamlı istifadə edirsiniz. Çoxlarınız isə "az vaxtda sağlam dəriyə necə sahib olaq?" sualına cavab axtarırsınız. Etiraf edək ki, zəhmət çəkmədən və əmək sərf etmədən sağlam dəriyə sahib olmaq mümkün deyil. Lakin özünüzə bir az daha diqqət göstərərək və sağlam həyat tərzini sürərək yaşlanma müddətini gecikdirə, müxtəlif dəri problemlərinin qarşısını ala bilərsiniz.

İlk növbədə siqaretin dəriyə həddən çox mənfi təsirləri olduğunu unutmayın. Siqaret qırışları və ləkələri artıran ciddi faktordur. Siqaret dəridəki kapilyarları daha da nazikləşdirir, dərinin qan dövranını azaldır. Dərinin sağlamlığı üçün lazımlı olan oksigen və qidalar dəriyə kifayət qədər çata bilmir. Digər tərəfdən, siqaret dəridəki kollagen və elastin strukturlarına da ziyan verir. Dərinin möhkəmliyi və elastikliyi zədələnir. Günəş şüaları dəri yaşlanmasındaki ən əhəmiyyətli faktorlardan biridir. Günəşin ultrabənövşəyi şüaları dəridəki hüceyrələrin DNT-sində birbaşa zədələnməyə səbəb olur. Nəticədə dəridə kollageninin quruluşunu pozur. Bürünc dəri daha gözəl və sağlam kimi görünsə də, uzun müddət davam edərsə qırışlar, ləkələr və ən əhəmiyyətlisi dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Çox çimmək və isti hamam dəriyə zərərlidir

Uzun və davamlı duş qəbul etmək və suyun çox isti olması dərinin ehtiyacı olan yağı azaldır. Odur ki, mütəxəssislər qəti olaraq uzun müddətli, çox isti və tez-tez duş qəbul etməməyi tapşırır. Çalışın, qısa müddətə və ilıq su ilə duş qəbul edin. Əks halda dərinizin ehtiyacı olan yağı azaldırsınız və dəriniz daha quru olur, xarici faktorlara qarşı daha həssas hala gəlir. Nəticədə asanlıqla dəri xəstəlikləri meydana gəlir. Sərt sabunlar yerinə yumşaq təmizləyicilərə üstünlük verin. Təmizlik məqsədi daşıyan maye vasitələr və yaş dəsmal istifadə etməyin. Çünki bütün bunlar da dərinin yağını-nəmini azaldar..

Kişilər üçün!

Xanımlarla yanaşı, kişilər də dərilərini qorumalıdırlar. Məsələn, təraşdan sonra krem ​​istifadə etməlidirlər. Ümumiyyətlə, tükün çıxma istiqamətində təraş olunmasına diqqət göstərmək lazımdır. Dəsmalı üzə sürtmədən, qıcıqlandırmadan, yüngül hərəkətlə dərinizi qurulayın. Sonra dəri quruluşuna və tipinə uyğun nəmləndirici krem çəkin. Hər cür krem və bitki mənşəli məhsulların dəriyə tətbiqi zərərləri ola bilər. Bitki təbiidir, ona görə zərərsizdir deyə düşünməyin. Heç təxmin edə bilməyəcəyiniz şəkildə dərinizdə ləkə, qızartı, allergiya kimi mənfi hallar yarana bilər. Ona görə də dəriyə qulluq məhsullarınızı dermatoloq məsləhəti ilə istifadə edin.

Sonda qeyd edək ki, balanslı və sağlam qidalanmaq vacibdir. Bu, təkcə bədən və orqanlar üçün yox, dəri üçün də vacibdir. Bol su içmək şərtdir. Yağsız, zülal ehtiva edən qidalara və tam taxıllara üstünlük verin. Bol təzə meyvə-tərəvəz yeyin. Ən əsası isə, stress dəriyə çox zərərlidir. Ona görə də ilk növbədə stressdən uzaq durun.(milli)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2730   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021