Bakının "Şanxay" məhəlləsində baş verənlər… Az qala sürünə-sürünə gedirik

Bakının "Şanxay" məhəlləsində baş verənlər… Az qala sürünə-sürünə gedirikBakının "Şanxay" məhəlləsində - Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində dəmiryolu xəttinin bir addımlığında yerləşən 400-dən çox gecəqondu tipli ev bu ilin yayından sökülüb. Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, uçub-dağılmış, daha çox müharibədən sonrakı xarabalığı xatırladan ərazidə bir neçə daxma hələ ki qalır, kimi verilən kompensasiyaya uyğun ev tapa bilmir, kimi də kompensasiyanın məbləğindən narazı qaldığı üçün köçməyə tələsmir.

"Şanxay" məhəlləsində 4 mindən çox sənədsiz ev olub. Ötən ilin aprelində sakinlərə bildirmişdilər ki, 800-dən çox tikili məhz təhlükəli ərazidə, yəni dəmiryoluna çox yaxın yerləşir, buna görə də ilkin mərhələdə onlar köçürüləcək. İndi isə məlum olub ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti yalnız 479 evi sökür, digər evlərlə bağlı qərar verilməyib.

"Əvvəl tək qatardan qorxuruq, indi…"

Sökülən evlərin tör-töküntüsü tam daşınmayıb, beton, kərpic, dəmir qarışıq tullantıların üstünə məişət zibilləri də atılır, nəticədə ərazi sahibsiz itlərin məskənin çevrilib. Üstəlik söküntüdən sonra kanalizasiya xəttləri də dağılıb, bir balaca yağış yağan kimi kanalizasiya quyuları daşır, çirkab məhəlləboyu yayılır.

"Burda insan yaşayarmı?"-sakinlərdən biri söküntü ilə bağlı sualımıza sualla qarşılıq verir. "Əvvəl uşaqları tək qatardan qoruyurduq, indi heç çölə buraxmaq olmur. Baxın, kanalizasiya quyusunun üstü açıqdır, bir yandan da ətrafda iri maşınlar işləyir", -sakin qəzəblə danışır.

"Şanxay" cəngəllklərində bir gecə mehman olmaq?

Digər sakin isə təklif edir ki, real vəziyyəti öyrənmək üçün gecə gələk, çünki qaranlıqda dayanacaqdan evə qədər yolu gəlmək əsil cəhənnəm əzabıdır: "Dayanacaqdan evə gəlmək üçün qaranlıqda bu xarabalıqdan keçirik, ayağımız bir balaca büdrəsə beton, yaxud dəmirin üstünə düşəcəyik. Telefonu yandırıb işıq salırıq, az qala sürünə-sürünə gedirik".

Sakinlərdən Səkinə Məmmədova isə köçürülmənin dayandırılacağından narahatdır. Onun sözlərinə görə, 5 nəfərlik ailə 2 otaqlı, cəmi 20 kvadratmetr sahəsi olan daxmada yaşayır. Evə bitişik kərpicdən ayaqyolu tikiblər, yayda hamam kimi də istifadə edirlər: "Dedilər köçürülmə dayanıb, nə gələn var, nə də vəziyyətimizlə maraqlanmırlar. Bizim evlər də dəmiryolu xəttinin yaxınlığındadır".

Sakinlər onu da söyləyirlər ki, bu ərazi gec-tez söküləcək, çünki gündən günə böyüyən, gözəlləşən Bakıda, şəhərin mərkəzində belə qəsəbənin saxlanılacağı inandırıcı deyil. Ərazinin hansısa türk şirkətinə satılması ilə bağlı söz-söhbət də dolaşır. Bir tərəfdən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkiləcək yolu gözləyirlər.

"İllərdir zülüm çəkirik, heç olmasa Bakı kəndlərinin birində ev ala bilsəydik insan olduğumuzu hiss edərdik. Ömrümün çoxu gedib, azı qalıb, kaş tez köçürülərdik",-Məmmədova söyləyir.

Yağışdan çıxıb yağmura düşmək

Adil adlı sakin isə şəkil, yaxud "Şanxay"la bağlı yazı verməyə tələsməməyimizi söyləyir. Çünki yaxın qonşularının yağışdan çıxıb yağmura düşdüyünə şahidlik edib.

"Qışı yola verək, yayda Allah kərimdir. Danışmaq, demək asandır, çoxu hələ də özünə ev tapa bilməyib. Mən şəhərdə işləyirəm, uşaqlarımın ikisi təhsil alır. Verilən kompensasiya ilə Türkan, yaxud Zirədə ev ala bilərəm. Ayda 400 manat alıram, bundan sonra da hər gün yollarda qalacağıq, zülm çəkəcəyik",- sakin deyir.

Və əlavə edir ki, evini kirayə verib başqa ərazidə yaşayanlar, yaxud evinin sahəsi geniş olanlar üçün daha asandır, belələri istənilən məbləğə razılaşıb köçürlər. Evlərin isə əksəriyyətinin ölçüsü 20-30 kvadratmetrdən çox deyil, kvadratmetrə görə 1000 manatdan artıq ödənilmir.

"Mənim narazılığım söküntünün ləng aparılması ilə bağlıdır. Dəmiryolunun mühafizə xətti müəyyənləşdirilsin, zibilləri daşısınlar, küçəni abadlaşdırsınlar, qoysunlar biz öz daxmamızda rahat yaşayaq", -Adil əsəbi halda söyləyir.

Hamı kompensasiya alıb, köçən də, köçməyən də…

Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay"dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mert olub.

Nizami rayonu, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov bildirib ki, evlərin köçürülməsi ilə bağlı yaradılan komissiya ərazidəki 2 dəmiryolu xəttinin sağ və sol tərəfində 20 metr məsafədəki 479 evin sökülməsinə qərar verib. Mənzilin ölçüsünə görə 1000, yardımçı tikililərə görə isə 700 manatdan kompensasiya ödənilib. "Söküntü və ərazinin təmizlənməsi ilə Dövlət Dəmir Yolları QSC məşğul olur. Ərazidə mühafizə zolağı yaradılacaq. Amma Keşlədə 5400-dən çox ev var, onların 95 faizi sənədsizdir. "Şanxay"dakı evlərin köçürülməsi məsələsi isə neçə illərdir müzakirə edilir, məsələn, yol çəkilişi məsələsi 5-6 ildir var, amma real nəticə yoxdur", -bələdiyyə sədri əlavə edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Sevinc Qədirova isə mətbuata açıqlamasında yalnız problemli evlərin sökülmədiyini, amma yaxın zamanlarda onların da söküləcəyini deyib.

"Hazırda söküntü materialları daşınır. Mühafizə zolaqları çəkiləcək, təhlükəsizlik tədbirləri görüləcək",-Qədirova belə deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2043   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel