Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı davanın TƏFƏRRÜATI

Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı davanın TƏFƏRRÜATIMoskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut" turnirində dava düşüb.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib.

Naqibin hakim döyüşü saxladıqdan sonra rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.

Məlumata görə, Naqibinin komandası paltardəyişmə otağına gedərkən erməni azarkeşlərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib.

Əslində, Qaraxanyanın azarkeşlərinin tribunada qondarma "Dağlıq Qarabağ Respublikasının" bayrağını açması azərbaycanlıların xoşuna gəlməyib.

Nəticədə, tribunada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. Hadisənin baş vermə səbəbləri "MMA Azerbaijan"ın sosial şəbəkəsində yayımlanıb.

"Problemlərdən qaçmaq üçün əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxınlaşaraq, erməni tərəfinin Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan dövlətin bayrağını açdığını bildirdik.

Xəbər verdik ki, bu, təxribatdır və əgər onlar bayrağı götürməsələr, bunu biz edəcəyik. Vəd etdilər ki, bayrağı yığışdıracaqlar, amma etmədilər. Bundan sonra onların tribunaları tərəfə getdik", - məlumatda bildirilib.

Qeyd edilib ki, erməni azarkeşlərin dayandığı tribunada kütlə olub. Azərbaycanlılardan biri onların əlindən bayrağı alanda onun üzərinə bir neçə erməni hücum edib. Digər azərbaycanlı həmyerlisinə kömək etmək istəyən zaman ayaqqabısı çıxıb və onu götürmək istəyəndə ermənilərdən biri onun üzünə zərbə vurub. Hər şey bundan sonra başlayıb.

Daha sonra OMON qüvvələri məsələyə qarışıb və dəyənəklərdən istifadə edərək, ermənilərin tribunasına gedən qapıları bağlayıb.

Məlumata əsasən, dava zamanı ermənilər tərəfindən təhqiredici ifadələr işlədilib.

Azərbaycanlılar bildiriblər ki, bayraq yığışdırılmadan heç yerə getməyəcəklər. Separatçıların bayrağı polis işçilərinin birinin cibində zaldan çıxarılıb.

Qeyd edək ki, bu, erməni və azərbaycanlı azarkeşlər arasında ilk belə hal deyil. Analoji hadisə Moskvada keçirilən АСВ 71 turnirində də yaşanmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1724   Tarix: 12 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021