Plastik əməliyyatlar – ziyanı faydasından daha çoxdur

Plastik əməliyyatlar – ziyanı faydasından daha çoxdur"Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır"

Estetik əməliyyat etdirənlərin sayı gün keçdikcə artır. Əvvəllər qadınlar daha çox əməliyyatlara üz tutsa da, son illər kişilər də onlardan geri qalmır. Kimi sağlamlığına qovuşmaq, kimi isə gözəl görünmək, komplekslərdən xilas olmaq üçün bu yola əl atır.

Bəs insanları estetik əməliyyata sövq edən əsas səbəblər nələrdir?

Komplekslərdən xilas olmaq üçün tək çarə əməliyyatlardır? "Yeni Müsavat" mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikirlərini öyrənib. O bildirib ki, əməliyyatlar bir çox xəstəliklərə səbəb olur: "Plastik və estetik əməliyyatların son zamanlar artmasının səbəbi təqlid, kütləvi baxış formasıdır, 10 nəfərin bir nöqtəyə baxış bucağının nəticəsidir. İnsanlar düşünür ki, xalam qızı, dayım qızı, rəfiqəm edibsə, mən də etməliyəm. Toplum psixologiyası burada böyük rol oynayır. Eyni zamanda sosial şəbəkələrə baxırıq, orada paylaşılan fotolar da insanları əməliyyatlara sövq edir. Gözəl xanımın fotosu paylaşılır, uğurlu burun əməliyyatı keçirmiş bu xanıma baxanlar onun kimi olmaq istəyir. Bundan başqa əməliyyat olunan biri digərinə elə tərifləyir ki, qarşıdakı həvəslənir. Baxımlı olmaq, incə görünmək, model kimi arıqlamaq kimi fikirlər insanlara o qədər aşılanıb ki, xüsusilə xanımlar əməliyyatlara meyl edir. Bəzən isə kompleksdən irəli gələrək insanlar əməliyyatlara üz tutur. Onları ətrafdakı insanlar kompleksə salır. Bir dəfə bir qadın yeniyetmə qızını yanıma gətirmişdi ki, onu burnunu əməliyyat etdirməyə razı salım".

Həkimin sözlərinə görə, insanlar anlamır ki, əməliyyatdan sonrakı proses daha önəmlidir: "Bəziləri əməliyyatdan sonra özünü yaxşı hiss edir, əməliyyatı uğurlu keçir. Bəzən isə uğursuz əməliyyatlar olur və ya genetikaya əsasən bədənə bıçaq dəydikdən sonra bədən deformasiyaya uğrayır. Kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin daha sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır. O insanların yaşadığı psixoloji durum onları ya yeni əməliyyata vadar edir, ya da uzun müddət psixoloji dəstək almalı olurlar. Əməliyyatdan sonra insanlarda narsissizm əmələ gəlir, onlar özlərini aşırı dərəcədə sevməyə başlayır, heç kimi bəyənmirlər. Narsissizm insanları yeni əməliyyatlara sövq edir, onlar daha çox gözəlləşmək və dəyişmək istəyir. Narsissizm özü də bir xəstəlikdir. Xudbinlikdən irəli gələn özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışıdır. Qədim Yunan əsatirinə görə, Narkiss adlı bir gənc suda öz əksini görür və öz-özünə vurulur. Öz əksinə elə heyran olur ki, yerindən tərpənə bilmir və əriyib, çökür. Narsisizmin bir neçə növü mövcuddur. Ən çox təsadüf olunan növ – Roma sezarları, Misir fironları və diktatorlar kimi şəxslərdə təsadüf edilən növüdür. Bu insanlar öz gözlərində adətən nəfəs alıb yeriyən yer üzü tanrıları kimidirlər. Hətta həyat və ölüm kimi mühüm təbii hadisələrə belə bir cümlə ilə qərar verə bilirdilər. Ən böyük qorxuları güclərini qeyb etmələri, ölüm, ətraflarındakı hər kəsin onlara düşmən olması idi. Güc və şəhvətlərinin bir həddi yox imiş kimi davranmağa çalışırlar, saysız insanı öldürüb, saysız saraylar tikərdilər. Xarici dünya "mən" olmadığı üçün, narsist insan xarici dünyanı anlaya bilməz və bu vəziyyət onda qorxu yaradır. Diktator get-gedə daha zalım, daha tənha və qorxaq olur. Bir sözlə, əməliyyatlar həmişə xoşbəxtlik və rahatlıq gətirmir".(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1882   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021