Qadın azərbaycanlı oğlanın intim videosunu çəkdi: "Mən deyəni etməsən…" – FOTOLAR

Qadın azərbaycanlı oğlanın intim videosunu çəkdi: "Mən deyəni etməsən…" – FOTOLARBakıda xarici ölkənin vətəndaşı olan qadının azərbaycanlı oğlanı intim görüntüləri ilə şantaj etdiyi bildirilir.

Sonxeber.az Minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Catherine Provost adlı istifadəçi "Facebook"-da Orxan Abdullayevə (Ad şərtidir. Şəxsin kimliyi bizə məlumdur. Xahişi əsasında ad gizli saxlanır – red) dostluq sorğusu göndərib. Qeyd edək ki, bu profilin sahibi haqqında bölməsinə Fransada yaşadığını yazıb.

O.Abdullayev C.Provostu dostluğuna qəbul edib və həmyerlimiz ingilis dilini yaxşı bildiyindən gənclər danışmağa başlayıb. Amma qadın Orxana Facebook-da çətinliklə fikirlərini bildirdiyini yazıb və onu "Skype"a dəvət edib. Abdullayev C.Provostla razılaşıb onunla görüntülü danışmağa etiraz etməyib.

Orada bir-biri ilə danışan gənclər ehtiraslı mövzuya keçiblər. Ardınca isə hər ikisi əyinlərindəki paltarı soyunublar. Amma həmyerlimiz üçün bundan sonra gərgin anlar başlayıb. Belə ki, xarici ölkənin vətəndaşı onun görüntülərini qeydə alıb və O.Abdullayevi bununla şantaj edib.

C.Provost onun görüntülərini sosial şəbəkədəki dostlarına göndərəcəyilə, porno saytlara yükləyəcəyilə hədələyib.Orxan nə söyləyəcəyini bilməyib dərhal "Skype"ı bağlayıb. Yalnız Facebook-la danışmağa başlayıb və Catherinadan ondan nə tələb etdiyini soruşub. O isə bunu yalnız "Skype"da deyəcəyini bildirib.

Bu barədə saytımıza məlumat verən O.Abdullayev çarəsiz qaldığını qeyd edib. Onun sözlərinə görə, C.Provost əvvəlcədən bunu planlaşdırıb. Belə ki, Orxanın iddiasına görə, qadın öncədən onun dostluq siyahısında yer alan bütün sosial şəbəkə istifadəçilərinin profilini götürüb:"Mənə dedi ki, videonu porno saytlara yerləşdirəcək. Dedim ki, bundan qorxmuram. Bizim ölkədə buna heç kim pis baxmayacaq, kişiyəm, subayam, etmişəm. Məni bir yolla skype-da danışmağa vadar edirdi. Yəqin ki, videoda üzümü çəkə bilməyib, istəyir ki, bir də danışaq və üzümü çəksin, montajla videoya əlavə etsin. Əvvəldən şübhələnmişdim, amma ehtiras məni yoldan çıxardı. Bunu da danışıram ki, başqalarının da başına gəlməsin".

Oxşar hadisə daha öncə müxtəlif ölkələrdə də baş verib. Gənc qızlar oğlanları başdan çıxarıb, bu kimi videolara çəkib, pul tələb edirlər. Əldə etdiyimiz məlumata görə, bu kimi şantajla pul əldə edən şəbəkə var. Onlar kimlərinsə foto və videosundan istifadə edir, qarşı tərəfi hədələyirlər. Tələyə düşənlərdən bacardıqları qədər pul qoparırlar. Bu hadisə də onlardan biri ola bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 9665   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021