Hesablama Palatasının sədri "2019-cu ilin büdcə zərfi"nə RƏY VERDİ

Hesablama Palatasının sədri "2019-cu ilin büdcə zərfi"nə RƏY VERDİMilli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2019-cu ilin büdcə zərfi" barədə danışıb.

Sonxeber.az-ın məlumatına görə, V.Gülməmmədov bir sıra məqamlara toxunub.

Palata sədri növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu deyib:

"Bunları nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik".

V.Gülməmmədov bildirib ki, Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib:

"İlk olaraq "Büdcə zərfi"nə dövlət büdcəsi layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.

Rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə müsbət təsir göstərən amil olaraq vurğulayıb".

V.Gülməmmədovun sözlərinə görə, cari ildə "Büdcə sistemi haqqında" Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub.

"Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. Qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir.

Büdcə qaydasına uyğun olaraq ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla müəyyən edilmişdir. "Büdcə zərfi"ndə 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5% olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilmişdir və buna əsaslanaraq büdcə qaydalarının tələbinə əməl olunduğu vurğulanmalıdır. Müvafiq metodikanın "Büdcə zərfi"nə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək Rəyə bu barədə məlumatlar daxil etmişdir".

Palata sədri deyib ki, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış "vergi boşluğu"nun qiymətləndirilməsini təklif edir.

"Vergi boşluğu anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə qeyd edilməlidir ki, vergi boşluğu il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir. Bu göstəricinin hesablanılması və "Büdcə zərfi"ə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda "kölgə iqtisadiyyatı"nın miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə də şərait yaratmış olar".

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək.

"Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"ya uyğun şəkildə proqnozlaşdırılmışdır.

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1209   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel