Polkovnik: "Naxçıvan əməliyyatından Paşinyanın da xəbəri var"

Polkovnik: "Naxçıvan əməliyyatından Paşinyanın da xəbəri var""Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar hər kəsə bəllidir. Hazırda Naxçıvan istiqamətində vəziyyət sabitdir"

Sonxeber.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyanın növbəti sərəsəm bəyanatına münasibət bildirərkən deyib.

Ş.Ramaldanov vurğulayıb ki, Tonoyanın fikirləri həqiqəti əks etdirmir: "Həqiqət odur ki, bir neçə ay əvvəl Naxçıvanda uğurlu əməliyyat aparılıb. Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurları əks etdirən foto və video materiallar mediada ətraflı yayımlanıb. Bundan Paşinyan başda olmaqla bütün ermənilərin xəbəri var. Naxçıvandakı bölmələrimiz müəyyən bir ərazini azad ediblər. Hazırda orada mühəndis-istehkam, möhkəmlənmə işləri gedir. Artıq əvvəlki postlar irəli çəkilib və 26 ildən sonra böyük bir ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Gerçək budur ki, Azərbaycan Naxçıvan istiqamətində dövlət sərhəddindən o tərəfə keçməyib. Ordumuz işğal olunmuş torpağını qarşı tərəfi atəş açmağa imkan vermədən hazırlıqlı əməliyyat keçirərək azad edib. Əgər atəş açılsadı, ermənilər məhv ediləcəkdi. Bu əməliyyatdan sonra biz Qarabağa gedən strateji yolu nəzarətdə saxlayırıq. Bizim heç kimin torpağında gözümüz yoxdur. Məqsədimiz sadəcə işğal altındakı torpaqlarımızı azad etməkdir".

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Tonoyanın bir müddətdən sonra bu barədə danışmasının səbəbləri Azərbaycan tərəfinə məlumdur: "Ermənistanda seçkiqabağı çox böyük daxili-siyasi gərginlik var. Bu gərginlik müxtəlif istiqamətdə cərəyan edə bilər. Ona görə Paşinyanın komandasında olan vəzifəli şəxslər hansı yolla olur-olsun öz ictimaiyyətinin diqqətini sosial problemlərdən yayındırmağa çalışır. Çünki Paşinyan küçə hərəkatında və baş nazir olduqdan sonra böyük vədlər verirdi. Bu vədlər isə yerinə yetirilməyib. Ermənistan xalqının vəziyyəti getdikcə daha acınacaqlı hal alır, dövlət müxtəlif güclərin təsiri altına düşür. Onlarsa, Ermənistanda öz maraqlarını təmin etməyə çalışırlar. Bunu bilən cəmiyyət isə narahatdır".

Ş.Ramaldanov əlavə edib ki, Naxçıvan əməliyyatından sonra qonşu erməni kəndlərindən köç başlayıb: "Bir neçə kənd boşalmaq üzrədir. Ona görə ki, erməni tərəfi qorxu içindədir. Fikrimcə, buna əsas da var. Əgər Azərbaycan məcbur qalıb əks-hücum, anti-terror əməliyyatı keçirməklə işğal olunmuş torpaqlarını erməni qüvvələrindən azad etməyə başlasa, bu savaş vaxtı hansısa tapşırıqları Naxçıvandakı silahlı birləşmələrlə müştərək yerinə yetiriləcək. Çünki Qarabağa gedən və hazırda müşahidə etdiyimiz təminat yolu ilə daşınmaları məhdudlaşdıracağıq. İşğal olunmuş torpaqlarımızın azad edilməsi bütün Azərbaycan Silahlı Qüvvələrinin vəzifəsidir. Ona görə də Naxçıvan və ya başqa yerdəki birləşmələrimiz fərq etməz, onlar öz vəzifələrini yerinə yetirəcəklər".

Qeyd edək ki, Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan Azərbaycan Ordusunun Naxçıvan istiqamətində heç bir ərazini azad etmədiyini, yalnız öz sərhədləri daxilində irəliləyərək mövqelər arasında məsafəni azaltdığını və Ermənistanın heç bir zaman həmin ərazilərə nəzarət etmədiyini söyləyib. O, eyni zamanda özü-özünü təkzib xarakteri daşıyan "Azərbaycan tərəfinin fəaliyyəti barədə məsələ beynəlxalq instansiyalarda qaldırılıb" kimi sərsəm fikrilər səsləndirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1826   Tarix: 13 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021