Azərbaycanda anaları ilə birlikdə evdə yanaraq ölən uşaqların FOTOLARI

Xəbər verdiyimiz kimi, noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində dəhşətli yanğın olub. Hadisə kənd sakini 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus evdə baş verib.
Yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.

Sonxeber.az yanğın zamanı həlak olan uşaqların fotolarını təqdim edir:

2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı

2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu

2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu

2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı

Qeyd edək ki, yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı da uşaqların yanında olub.
Azərbaycanda anaları ilə birlikdə evdə yanaraq ölən uşaqların FOTOLARIAzərbaycanda anaları ilə birlikdə evdə yanaraq ölən uşaqların FOTOLARIAzərbaycanda anaları ilə birlikdə evdə yanaraq ölən uşaqların FOTOLARIAzərbaycanda anaları ilə birlikdə evdə yanaraq ölən uşaqların FOTOLARI

Hadisə   Baxılıb: 5708   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR