"Uşaqların səsi gəlirdi..." - Ana və 4 övladının faciəvi şəkildə öldüyü yanğının təfərrüatı - VİDEO

"Uşaqların səsi gəlirdi..." - Ana və 4 övladının faciəvi şəkildə öldüyü yanğının təfərrüatı - VİDEOBu gecə saat 02:00 radələrində Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb.

Əmir Məmmədov – sakin: "Alov evi bürümüşdü. Təmiz yanır, uşaqların səsi gəlirdi. Amma alovu yarıb girmək olmadı. Yanğınsöndürənlərə zəng etdik onlarda gəldi. Ancaq gec idi".

Yanğından sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Baxış zamanı otaqdan evin gəlini, Daşkəsən sakini 28 yaşlı Sevinc Tağıyevanın, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq Tağıyevin, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub.

Gecə saatlarında otaqların birində başlayan alov qısa zamanda bütün evi bürüyüb. Alov o qədər güclü olub ki, evdə olan 4 uşağı və bir ananın həyatını xilas etmək mükün olmayıb.

Ev sahibinin yaxınları və kəndin yerli rəhbərliyi Tağıyevlərin heç kimlə şəxsi ədavəti olmadığını bildiriblər. Yanğının ehtiyatsızlıqdan baş verdiyini güman edirlər.

Kərim Kərimov - Quşçu kənd icra nümayəndəsi: "Artıq ev yanırdı. Qonşuların köməkliyinə baxmayara qheç bir kömək edə bilmədik. Sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldi. Yanğınsöndürənlərin köməkliyi ilə cəsədlər evdən çıxarıldı. Ailə sakit ailə olub, heç bir münaqişə olmayıb. Yalnız ehtiyatsızlıqdan baş vermiş hadisədir".

Əsgər Verdiyev - ailənin qohumu: "Zəng etdilər dedilər ki, ev kül olub. Gəldim ki, ev yanıb, meyitləridə çıxarıb aparıblar. Heç kimlə ədavətləri yoxdur. Fəhlə adamlardır".

İlkin ehtimallara görə, yanğın yataq otağında yanar vəziyyətdə olan odun sobasından çıxan qığılcımların təsirindən və yaxud da evin daxilindən keçən elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4448   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021