Milli Məclisdə maraqlı təklif – bu şəxslərə əlavə maaş verilə bilər

Milli Məclisdə maraqlı təklif – bu şəxslərə əlavə maaş verilə bilərSosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bidlirib ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır:"Çünki hal hazırda Əmək nazirliyinin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin".

Deputat vurğulayıb ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə prezidentin bu yardımı edilməlidir: "Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat ( 5 şirvan) pul alıbsa, hal hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq".

Deputat söyləyib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət 2018-ci ilin səviyyəsindədir: " Bu bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s olsun. Çünki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır".

Deputat təklif edib ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər:"Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7099   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart
.

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?. Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu -a açıqlama verib. O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:. "Azərbaycanda alimenti

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Yalnız "qadınlardan" ibarət olan "troll fabriki"ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində saytında "Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur" sərlövhəli yazı dərc olunub. Yazı eyni gündə saytın "Facebook" sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb. Yazı sosial şəbəkə hesabında paylaşıldıqda

29 mart
.

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb

Paytaxtın mərkəzi hissəsində baş verən yol-nəqliyyat hadisəsi sıxlığın yaranmasına səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektlərinin kəsişməsində yol-nəqliyya

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart