Elşad Miri: Şizofreniyanı "Quran"la sağaltmağa çalışırlar

Elşad Miri: Şizofreniyanı "Quran"la sağaltmağa çalışırlarSon günlər Şabran rayonunda "cin çıxarma" adı altında döyülərək öldürülən 25 yaşlı gənc bu gün də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır. Sosial şəbəkə istifadəçiləri arasında bir qrup insan düşünür ki, həqiqətən də, bir insanın içərisinə gözəgörünməz "cin", "şeytan" girə və onu idarə edə bilər. Digər bir qrup isə bunun cahillikdən başqa bir şey olmadığını düşünür. Bu məsələnin həqiqət payı nədir? İslam dinində "cin çıxarma" anlayışı varmı?

Məsələ ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bənzər hadisə onun bacısının da başına gəlib:

"Uşaq vaxtı valideynlərim bacımı Yevlaxda "cin çıxarma" üsulu ilə insanlara kömək etdiyini deyən bir cindarın yanına aparmışdılar. O, bacıma qəribə bir kağıza dua yazıb, daim yastığının altında saxlamasını demişdi. Mən ərəb dilini öyrəndikdən sonra açıb orada nə yazıldığına baxmaq istədim. Gördüklərim isə məni təəccübləndirmədi. Boş söz yığınından başqa bir şey yox idi.

Bu gün də insanlar bu yalanlara inanır, özlərini nə hallara salırlar. Heç kim fikirləşmir ki, bu "cin çıxarma" anlayışı "Quran"da yoxdursa, kim tərəfindən ortaya atılıb. "Qurani-Kərim"də belə bir surə yoxdur. Əgər belə hadisələr gerçək olsaydı, peyğəmbərlərimizin dövründə də yaşanırdı.

Heç bir mənbədə yazılmayıb ki, peyğəmbərlərimiz insanların ruhuna daxil olan "cin"ləri çıxararaq onlara kömək edib. "Qurani-Kərim"in 16 surəsinin 99-cu ayəsində belə bir məqam var:

"Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur"

Bu, onu göstərir ki, insanlar bu cür inancları özləri uydurur. Kim nədən qorxursa, bunu cəmiyyətə təbliğ edir".

Elşad Miri onu da bildirib ki, "Qurani-Kərim" heç vaxt şizofreniyanı müalicə edə bilməz:

"Bu gün insanlar hər hansı psixi xəstəlikləri, şizofreniyanı "Qurani-Kərim"dən ayələr oxumaqla sağaltmağa çalışırlar. "Quran" insanların mənəviyyatını, vicdanını sağalda bilər. Təsəvvür edin ki, siz xəstəsiniz, həkimə müraciət etmisiniz. Həkimin yazdığı dərmanları alıb istifadə etmək əvəzinə, üzündən oxuyursuz ki, şəfa tapasınız.

Bu, heç bir məntiqə sığmır. Bu gün bir qrup insan "cin çıxarma" adı ilə özlərinə çox gözəl biznes qurublar. Hətta elə insanlar var ki, onlar iddia edir ki, cinlərlə, gözəgörünməzlərlə əlaqə yarada bilir. İnsanlar isə, təəssüf ki, bu nağıllara inanaraq, onlara qazanc mənbəyi olurlar. İslamda bu cür uydurmalar yoxdur. Bu, sadəcə olaraq, fırıldaqçı insanların biznes şəbəkəsidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 978   Tarix: 15 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021