Məhərrəmovların Madriddəki şərab biznesi – FOTOLAR+VİDEO

Məhərrəmovların Madriddəki şərab biznesi – FOTOLAR+VİDEOXəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub.

Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib.

Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş. Belə ki, Məhərrəmov İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb. Səfir iki ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də yaradırmış. Anar Məhərrəmov səfirlik dövründə İspaniyanın Madrid şəhərində Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Nəhayət, Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi"ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan "Aspi Agro" MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi, Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, ölkə şərablarının və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını vurğulayıb. Qeyd olunub ki, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət alıb, "milli brend" adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Daha sonra "Aspi Agro" MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan" brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda digər şərab istehsalı ilə məşğul olan şirkətlərin ciddi narazılığına səbəb olub.

Təqdimatdan sonra, Madriddə "Savalan" brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib. Oğulun təqdimatında göründüyü kimi, sözügedən şərablar "Aspi Agro" MMC-yə məxsus olduğu istisna edilmir.

Həmin tədbirdən görüntüləri təqdim edirik:

Məhərrəmovların Madriddəki şərab biznesi – FOTOLAR+VİDEOMəhərrəmovların Madriddəki şərab biznesi – FOTOLAR+VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4788   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021